Medicom Ortez və Protez Mərkəzi
Şirkət haqqında:
Şirkət 2005-ci ildə gənc və dinamik kadrların təşəbbüsü ilə yaradılmışdır.
Tibb sektorunda sürətlə inkişaf edən şirkətimizin əsas fəaliyyət sahəsi əhalini dayaq-hərəkət sisteminin xəstəlikləri,zədə və əməliyyatdan sonra bərpası üçün nəzərdə tutulmuş müalicəvi və profilaktik məqsədlə istifadə olunan keyfiyyətli ortopedik məhsullarla təmin etməkdir.
Aktiv həyat tərzinin qorunması və bərpası,dolğun həyata dönüş – hər bir insanın istəyidir. Sosial məsuliyyət anlayışıyla müştəri məmnuniyyətinə yönəlmiş fəaliyyət göstərən şirkətimizin fəaliyyətinin əsas təyinatı – məhsullarımız, peşəkar və qayğıkeş xidmətimizlə insanların aktiv həyat tərzinin bərpası, həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
– bir çox insanların: istehsalçıların,həkimlərin və şirkətin əməkdaşlarının əməyini bir araya gətirərək tibbi xidməti daha effektiv,keyfiyyətli tibbi ortopedik məhsulların istifadəsini isə daha rahat və əlverişli etməkdir.
Əlaqə vasitələri:
Qeydiyyatçı (Receptionist)
İş yeri: Bakı şəhəri
Medicom Ortez və Protez Mərkəzi yüksək xidmət standartlarına uyğun olaraq komandamıza peşəkar, nəzakətli və təqdimat bacarığı yüksək olan Qeydiyyatçı dəvət edir.
Vəzifə öhdəlikləri:
- Pasiyentlərin nəzakətlə qarşılanması və düzgün istiqamətləndirilməsi
- Daxil olan telefon zənglərinin peşəkar şəkildə cavablandırılması
- Qeydiyyat və sənədləşmə proseslərinin dəqiq və səliqəli aparılması
- Pasiyent qəbulunun vaxt üzrə effektiv təşkili və koordinasiyası
- Yüksək səviyyədə pasiyent məmnuniyyətinin təmin olunması
Tələblər:
- Xanım namizədlər
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür)
- Yüksək ünsiyyət, təqdimat və etik davranış bacarığı
- Təqdimat standartlarına uyğun görünüş
- Məsuliyyətli, diqqətli və dəqiq iş prinsipi
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Müvafiq sahədə iş təcrübəsi üstünlük hesab olunur
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir
- Peşəkar və dəstəkləyici iş mühiti
- Karyera və inkişaf perspektivləri


















