Satış üzrə Kiçik Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin araşdırılması və əlaqələrin qurulması;
- Korporativ müştərilərlə görüşlərin təşkilində və keçirilməsində iştirak;
- Satış danışıqlarının və müqavilələrin hazırlanması prosesinə dəstək göstərilməsi;
- Şirkət məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim olunması;
- Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi;
- Müştərilərin şirkətin yenilikləri və kampaniyaları barədə məlumatlandırılması;
- Satış fəaliyyəti üzrə həftəlik və aylıq hesabatların hazırlanması;
- Satış sənədlərinin və digər kargüzarlıq işlərinin icrası;
- İşgüzar tədbirlərdə və təqdimatlarda şirkətin təmsil olunmasında iştirak.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.
- Korporativ satışlar üzrə minimum 1 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir.
- Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C
- Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
- Müstəqil işləmə bacarığı
- Vaxtın səmərəli idarəolunması bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli olmaq
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satışın və bazarın analizini aparmaq bacarığı;
İş şəraiti
- İş yeri: Bakı şəhəri.
- İş rejimi: 5/7
- İş vaxtı: 09:00-18:00.


















Qafqaz NET LLC