Azinko Development
Şirkət haqqında:
2006-cı ildən fəaliyyətə başlayan “AZİNKO HOLDİNQ” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - “KLASS AZ KO” MTK, “XƏZƏR AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT” MMC daxildir.
Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin,biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur.
Əlaqə vasitələri:
Təmizlik işçisi
Struktur: İnzibati şöbə
Ünvan: Bakı şəhəri, Flame Towers
Tələblər:
- Orta təhsil;
- Sahə üzrə min. 2 il iş təcrübəsi;
- Yaş 25-50
- Housekeeping sahəsində təcrübə arzuolunandır;
- Səliqəli, məsuliyyətli və intizamlı olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Fiziki cəhətdən işə davamlılıq;
- Yüksək gigiyena və xidmət standartlarına riayət etmək.
Vəzifə öhdəlikləri:
- Qonaq otaqlarının gündəlik təmizliyi və standartlara uyğun hazırlanmasını təmin etmək;
- Yataq dəstlərinin dəyişdirilməsi, otaqda tozun alınması və döşəmələrin təmizlənməsi;
- Hamam və sanitar qovşaqların gigiyenik qaydalara uyğun şəkildə təmizlənməsi və dezinfeksiyası;
- Otaqların housekeeping standartlarına uyğun olaraq yoxlanılması və növbəti qonaq üçün hazır vəziyyətə gətirilməsi;
- Aşkar olunan texniki nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Qonaqların şəxsi əşyalarına qarşı diqqətli və etik davranmaq.
İş şəraiti:
- Əmək haqqı: 675 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü (dəyişən iş qrafiki), 1 gün istirahət;
- Qidalanma və forma şirkət tərəfindən qarşılanması


















Azinko Development