Uni Ko QSC
Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Kiçik hüquqşünas
Vəzifə öhdəlikləri:
- Müqavilə, əlavə saziş, etibarnamə və rəsmi məktub layihələrinin hazırlanmasına dəstək;
- Müqavilələrin ilkin hüquqi yoxlanılması;
- Qanunvericilik üzrə araşdırmaların aparılması;
- Hüquqi sənədlərin və müqavilə reyestrlərinin aparılması;
- Müqavilə üzrə əsas tarixlərin və sənədlərin izlənilməsi;
- Hüquq şöbəsinin gündəlik tapşırıqlarının icrası.
Namizədə tələblər:
- Hüquq üzrə ali təhsil;
- İlkin iş və ya təcrübə proqramı təcrübəsi arzuolunandır;
- Mülki hüquq və müqavilə hüququ üzrə baza bilikləri;
- Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və rus dillərində hüquqi və işgüzar mətnləri ümumi səviyyədə oxuma və anlama bacarığı;
- MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
- Araşdırma aparmaq və yeni mövzuları öyrənmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və məxfiliyə riayət etmək.
Üstünlük hesab olunur:
- Müqavilə və hüquqi sənədlərin hazırlanması ilə bağlı ilkin təcrübə;
- Şirkətin hüquq şöbəsində, hüquq firmasında və ya dövlət qurumunda təcrübə keçmiş olmaq;
- Tikinti, satınalma və ya təchizat sahəsinə marağın olması;
- Məhkəmə, notariat və dövlət orqanlarına təqdim edilən sənədlərlə tanışlıq;
- İngilis və ya rus dillərindən birində daha yüksək iş səviyyəsi.

















