Konsis
Şirkət haqqında:
Yazılı və şifahi tərcümə xidmətləri, eləcə də tədbir təşkilatçılığı üzrə aparıcı şirkətlərdən biri olan KONSİS Group.
Unudulmaz tədbirlərin təşkili ilə sizi hədəflərinizə bir addım da yaxınlaşdırırıq
Müştərilərimizin tədbirlərini ən maraqlı şou, müasir səhnə avadanlığı və talantlı komanda ilə reallaşdırırıq
Əlaqə vasitələri:
Elektronika Təmirçisi Köməkçisi (LED üzrə)
Şirkətimizə elektronika təmiri sahəsində çalışmaq və peşəkar şəkildə inkişaf etmək istəyən gənc köməkçi əməkdaş tələb olunur.
Vəzifə öhdəlikləri:
- LED ekran və elektron avadanlıqların təmirində ustaya kömək etmək;
- Elektron komponentlərin yoxlanılması və dəyişdirilməsində iştirak etmək;
- Təmir prosesini öyrənmək və verilən tapşırıqları yerinə yetirmək;
- İş yerində nizam-intizam və təhlükəsizlik qaydalarına əməl etmək.
Tələblər:
- Gənc və öyrənməyə həvəsli namizəd;
- Elektronika üzrə kurs və ya peşə hazırlığı keçməsi arzuolunandır;
- Elektronika sahəsinə maraq və texniki düşüncə qabiliyyəti;
- Məsuliyyətli və diqqətli olmaq.
Təklif edirik:
- İş yerində peşəkar təlim və öyrədilmə;
- Karyera inkişafı imkanı;
- Əmək haqqı: 500–600 AZN (bilik və bacarıqlara uyğun);
- Tam iş qrafiki.























