Business Insight International Research Group

Şirkət haqqında:

Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir.

Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.

Business Insight şirkətinin 1998-ci ildən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir.

Hər bir layihənin həyata keçirilməsində Business Insight üçün keyfiyyət ən önəmli amildir. Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir

Əlaqə vasitələri:

Marketing Manager

“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Marketing Manager” vəzifəsi üzrə  aktiv vakansiya var. 

Tələblərimiz:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi ixtisasları üzrə);
  • Yaş həddi: 22–35; 
  • Rus və İngilis dili bilikləri (ən azı orta səviyyədə olması arzuolunandır); 
  •  Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi minimum 2 il iş təcrübəsi;
  • Marketinq strategiyalarının hazırlanması və büdcənin formalaşdırılması və icrası bacarığı;
  • Yaradıcı düşünmə və innovativ yanaşma ilə ideyalar irəli sürmək bacarığı; 
  • Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq proqramları üzrə biliklər (üstünlükdür); 
  • Analitik düşüncə qabiliyyəti, araşdırma aparmaq bacarığı; 
  • Güclü ünsiyyət və təqdimat bacarıqları; 
  • Məsuliyyətli, dəqiq, etibarlı və nəticəyönümlü olmaq.

İş öhdəlikləri:

  • İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
  • Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
  • Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
  • Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
  • Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;
  • Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
  • Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
  • Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafyönümlü iş mühiti; 
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə; 
  • İş qrafiki: həftədə 6 gün; 
  • İş saatları: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 
  • Şənbə: 10:00 – 17:00 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına, iş təcrübəsinə və tələblərə uyğunluğuna əsasən müəyyən edilir.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap