Azerbaijan Energy Regulatory Agency
Şirkət haqqında:
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında” yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir.
Agentliyin fəaliyyəti üçün “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır.
Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir.
Əlaqə vasitələri:
Təminat şöbəsi – Aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
- İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
- İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
- İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
- İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
- Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
- Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə)
- Yaş həddi 25-40 aralığı;
- İxtisası üzrə profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir)
- Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
- İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir.
- İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır.
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır.
- Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).
- Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır.
- Azərbaycan dilində səlis və sərbəst, Agentlik daxili və qurumlar arası məktub yazmaq bacarığı olmalıdır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.




















Azerbaijan Energy Regulatory Agency