Satış Təmsilçisi – Günəş Enerji Sistemləri
İş şəraiti
- Şirkət: Energy Monitoring MMC
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri
- Fərdi evlər, villalar, obyektlər və müəssisələr üçün günəş enerji sistemlərinin satışını həyata keçirmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
- Müştərilərlə görüşlərin təşkili və məhsul təqdimatlarının keçirilməsi;
- Müştərilərin enerji tələbatını analiz edərək uyğun həllərin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- CRM sistemində müştəri məlumatlarının düzgün idarə olunması;
- Satış planlarının yerinə yetirilməsi və aylıq hesabatların hazırlanması.
Tələblər
- Xanım namizədlər
- Ali və ya orta ixtisas təhsili;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Günəş enerji sistemləri, elektrik avadanlıqları və ya tikinti sektorunda təcrübə üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq, rus və ya ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
- Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar olmaq.
Biz təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Satış bonusları və motivasiya sistemi;
- Korporativ nömrə və iş üçün lazım olan dəstək;
- Davamlı təlim və peşəkar inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Müasir və peşəkar iş mühiti.
Əməkhaqqı
- Fix əməkhaqqı: 600–800 AZN (təcrübədən asılı olaraq)
- Əlavə: Satışdan yüksək komissiya və bonus sistemi.




















Middle Corridor Trade LLC