Sinteks Group of Companies
Şirkət haqqında:
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika = brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Aparıcı Moda Brendləri - Alexander McQueen, Armani Exchange, Balenciaga , Bally, Bottega Veneta, Burberry, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, D&G kids, Ermanno Scervino, Emporio Armani, Ermenegildo Zegna, Escada, ETRO, Giorgio Armani, Givenchy, Gucci, Gucci Kids, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lloyd, Marc Jacobs, Marciano, Marina Rinaldi, Marni, Max Mara, MAX&CO, Michael Kors, Pal Zileri, Paul & Shark, Patrizia Pepe, Persona by Marina Rinaldi, Ralph Lauren, Salvatore Ferragamo, St. John, Stella McCartney, Tory Burch, Tod's, YSL, Weekend Max Mara, Ermano Scervino, Sandro.
Zərgərlik portfelinə Chaumet, Damiani, Repossi, Adamas Milano, Nessa, Sydney Evan, Mounser, Parulina, Palmiero, Mattia Cielo, Mariani, Nikos Koulis, Nigaam, Sirus Tanya, Shamballa Jewels, Sara Weinstock, PERLOTA, Sutra kimi və digər məşhur brendlər daxildir.
SINTEKS həmçinin Azərbaycanda EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi məşhur konseptual mağazaların təsisçisidir.
Mass market portfelinə - New Yorker, Next, Mango, Oxxo brendlər daxildir.
Qida və İçki sahəsində SINTEKS Gloria Jean's Coffee Shops-un Bakıdakı 10 əsas məkanını və Port Baku Mall-da Emporium kafesini əhatə edir.
2020-ci ildən etibarən ev əşyaları, aksesuarlar və dekorasiya üzrə ixtisaslaşan Hom*me brendi hazırda 4 mağazaya qədər genişlənib.
Əlaqə vasitələri:
Xəzinədar (Premium-Lüks)
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Vəzifənin rolu:
- Pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etmək
Vəzifə öhdəlikləri:
- Kassa aparatlarının və diqər avadanlıqların düzgün işləməsinə nəzarət etmək, yaranan problemlər barədə rəhbərliyə məlumat vermək
- Mağazada məhsulları qəbul etmək və yoxlamalarda iştirak etmək
- Mağazanın təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
- Mağazada mövcud olan məhsulların və inventarların saxlanmasına və hərəkətinə nəzarət etmək
- Kassa əməliyyatlarını həyata keçirmək
- Gün ərzində yekun hesabat aparmaq, inkassasiya prosesini həyata keçirmək və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil vermək
Tələblər
Professional biliklər:
- Kassa aparatı və POS-terminalın istismar qaydaları
- Müştəri xidmətinin əsasları
- MS Office və 1C Proqramları
Təhsil:
- Orta təhsil
İş təcrübəsi:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Professional bacarıq və kompetensiyalar:
- Məsuliyyət
- Detallara diqqət
- Nizam-İntizam
- Stressə davamlılıq
























