İşə qəbul və təlim bölmə müdiri
Vəzifə öhdəlikləri:
- İşə Qəbul Bölməsinin gündəlik fəaliyyətini idarə etmək, komandanın işini planlamaq və performansını qiymətləndirmək;
- Vakansiyaların zamanında bağlanmasına və uyğun namizədlərin şəffaf şəkildə dəyərləndirilməsinə nəzarət etmək;
- Şirkətin işə qəbul siyasətinə riayət edilməsinə nəzarət etmək; işə qəbul siyasətinin və strateqiyasının təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
- Vəzifələrin spesifikliyini nəzərə alaraq vəzifələr üçün meyarların, işə qəbul funksiyasını yaratmaq və bu prosesə nəzarət etmək;
- Yeni işə qəbul edilmiş şəxslər üçün orientasiya prosesinin icrasına nəzarət etmək və təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
- Şöbənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
- Tabeçiliyindəki əməkdaşların performanslarını dəyərləndirmək,karyera yüksəlişləri üçün fəaliyyətlər icra etmək,onların fərdi inkişaf planlarını hazırlamaq,həmçinin bilik və təcrübələrini inkişaf etdirmək üçün tədbirlər həyata keçirmək;
- Bölmənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
- Şirkətdə mövcud vakansiyalar üzrə müvafiq namizədlərin ehtiyat bazasını yaratmaq və yeniləmək;
- Təlim Planına əsasən İllik Təlim Büdcəsini müəyyən etmək və səmərəli şəkildə idarə etmək;
- İşçilərin təlimlərə cəlb edilməsi və təlimlərdə iştiraklarının təmin edilməsi məqsədi ilə güclü komunikasiya strategiyası qurmaq;
- Şirkətin Öyrənmə və İnkişaf Siyasətinə əsasən təlim və inkişaf prosesinin təşkil edilməsini təmin etmək;
- Təşkilati, funksional və fərdi səviyyədə təlim ehtiyyaclarını analiz etmək və İllik Təlim Planını tərtib etmək;
Tələblər:
- Ali təhsil (idarəetmə, iqtisadiyyat, İR və ya uyğun sahə üzrə üstünlükdür)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil biliklər: Rus və ya ingilis dili arzuolunandır
- Liderlik və motivasiyaetmə bacarığı
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
- Retail sahəsində təcrübə üstünlükdür
- MS Office yaxşı səviyyədə bilmək
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- Korporativ mobil nömrə
























