INNAB
Şirkət haqqında:
Şirkət haqqında məlumat:
İnnab MMC 02.06.2015-ci ildə Azərbaycanda ilk onlayn peşəkar inkişaf platforması kimi yaradılmışdır. Hazırda “İnnab” brendi altında “İnnab Business School”, “İnnab Karyera Mərkəzi”, “İnstudy Xaricdə Təhsil” komandaları fəaliyyət göstərir. “İnnab Business School” komandası “Mühasibat uçotu”, “Maliyyə”, “Data Analitika”, “İnsan Resursları” və “Menecment” və digər sahələr ilə bağlı ana dilimizdə video dərslərin hazırlanması, məqalələrin yazılması və təlimlərin təşkili ilə məşğuldur.
Şirkətimizin vizyonu hər zaman xidmətləri ilə fərqlilik yaradan, hər kəsə individual yanaşan peşəkar inkişaf platforması olmaqdır.
Əlaqə vasitələri:
Data Analitika və Modulları üzrə Təlimçi
Təlimlər gündüz saatlarında keçiriləcəkdir. Xahiş edirik, yalnız gündüz saatlarında tədris apara biləcək namizədlər müraciət etsinlər.
INNAB Business School komandası Data Analitika proqramı və onun ayrı-ayrı modulları üzrə təlim keçəcək peşəkar təlimçilər axtarır.
Tədris istiqamətləri
- Data Analitika
- Excel
- SQL
- Power BI
- Python
Tələblər
- Tədris ediləcək istiqamət üzrə praktiki iş təcrübəsi
- Güclü təqdimat və kommunikasiya bacarıqları
- Praktiki və nəticəyönümlü tədris yanaşması
- Azərbaycan dilini səlis bilmək (İngilis dili biliyi üstünlükdür)
Əsas vəzifələr
- Tədris proqramlarının hazırlanması və tədrisi
- Praktiki tapşırıqlar və real кейslər əsasında dərslərin təşkili
- İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi
- Tədris materiallarının hazırlanması və yenilənməsi
























