İOMedia Marketinq Agentliyi
Şirkət haqqında:
IO Media – brendlərin hekayəsini gücləndirən və onları strateji yanaşma ilə bazarda möhkəmləndirən premium marketinq agentliyidir. Biz rəqəmsal dünyada fərqlənmək istəyən şirkətlər üçün kreativ həllər, effektiv kommunikasiya strategiyaları və yüksək keyfiyyətli marketinq xidmətləri təqdim edirik.
Məqsədimiz – müştərilərimizin unikal dəyərlərini ön plana çıxarmaq, onların hədəf auditoriyasına daha təsirli və peşəkar şəkildə çatmasına kömək etməkdir. Bunun üçün SMM, brendinq, kontent yaradılması, veb inkişaf və digər marketinq sahələrində innovativ yanaşmalar tətbiq edirik.
Əlaqə vasitələri:
Account Manager
Vəzifə haqqında
- Account Manager şirkət ilə müştəri arasında əsas əlaqələndirici rolunu icra edir. Bu vəzifənin məqsədi müştəri ehtiyaclarını düzgün anlamaq, daxili komandaya dəqiq ötürmək və layihələrin vaxtında, keyfiyyətli şəkildə icrasını təmin etməkdir. Namizəd eyni zamanda layihələrin inkişaf nöqtələrini müəyyən etməli və əlavə dəyər yaradan təkliflərlə çıxış etməlidir.
İş şəraiti
- İş yeri - Bakı şəhəri
- İş qrafiki - Həftənin 5 iş günü (Bazar ertəsi – Cümə)
- Full-time, 10:00 – 18:00
Vəzifə öhdəlikləri
- Müştərilərlə gündəlik kommunikasiya və münasibətlərin idarə olunması
- Layihə tapşırıqlarının düzgün şəkildə brief edilməsi və komanda daxilində koordinasiyası
- Tapşırıqların icra prosesinə nəzarət və deadline-ların qorunması
- Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun həll yollarının təklif olunması
- Hesabatların hazırlanması və nəticələrin müştəriyə təqdim edilməsi
- Paralel gedən bir neçə layihənin struktur şəkildə idarə olunması
- Yeni imkanların müəyyən edilməsi və mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi
Tələblər
- Marketinq, reklam və ya rəqəmsal agentlikdə Account Manager və ya oxşar vəzifədə minimum 2–3 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində işgüzar ünsiyyət bacarığı
- Layihə idarəetmə və prioritetləşdirmə bacarığı
- Güclü yazılı və şifahi kommunikasiya qabiliyyəti
- MS Office və Google Workspace proqramları ilə işləmə bacarığı
- CRM və ya task management alətləri ilə işləmə təcrübəsi
- Operativ düşünmə və məsuliyyət hissi
Üstünlük hesab olunur
- Rəqəmsal marketinq alətləri və kampaniya prosesləri haqqında anlayış
- AI əsaslı alətlərdən (məsələn, kontent və ya analiz üçün) istifadə təcrübəsi
- Reklam platformaları (Meta Ads, Google Ads və s.) üzrə ümumi biliklər
Şirkət nə təklif edir
- Dinamik və peşəkar komanda mühiti
- Müxtəlif sahələrdən olan layihələrlə işləmək imkanı
- Şəxsi və peşəkar inkişaf üçün açıq mühit
- Strukturlaşdırılmış iş prosesi və aydın məsuliyyət bölgüsü
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan inkişaf imkanlar























