Bestcomp Group
Şirkət haqqında:
1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.
Əlaqə vasitələri:
Marketinq mütəxəssisi (Middle)
Əsas vəzifə və öhdəliklər:
- Marketinq komandasının gündəlik fəaliyyətində aktiv iştirak etmək və əməliyyat proseslərini koordinasiya etmək
- Rəqəmsal, sosial media və ənənəvi kanallar üzrə marketinq kampaniyalarını müstəqil şəkildə planlaşdırmaq, icra etmək və nəticələrini analiz etmək
- Kampaniyaların effektivliyini ölçmək, performans göstəricilərini (KPİ) izləmək və optimizasiya təklifləri vermək
- Texnologiya vendorları və tərəfdaşlarla effektiv kommunikasiya qurmaq, tərəfdaş proqramlarını idarə etmək
- Marketinq və səyahət agentlikləri ilə əməkdaşlığı koordinasiya etmək və nəticəyönümlü yanaşmanı təmin etmək
- Tədbirlərin, konfransların, sərgilərin və məhsul təqdimatlarının planlaşdırılması və təşkilində aparıcı rol almaq
- Korporativ promo materialların hazırlanmasını koordinasiya etmək və keyfiyyətə nəzarət etmək
- Bloq yazıları, məqalələr, landing page və email marketinq məzmununun hazırlanmasında aktiv iştirak və kontent keyfiyyətinin təmin edilməsi
- Bazar və rəqib analizləri aparmaq, marketinq trendlərini izləmək və strategiyaya uyğun təkliflər vermək
- CRM sistemlərinin və müştəri məlumat bazalarının effektiv idarə olunmasını təmin etmək və məlumatların analizinə əsasən qərarların verilməsinə dəstək olmaq
Tələblər:
Təcrübə:
- Marketinq sahəsində minimum 2-4 il iş təcrübəsi
- İT və ya texnologiya sektorunda təcrübə üstünlükdür
Texniki bacarıqlar:
- Rəqəmsal marketinq alətləri və kanalları üzrə praktiki biliklər
- Kampaniya planlama, icra və analiz bacarıqları
- AI əsaslı alətlərdən (kontent yaradılması, analiz və avtomatlaşdırma üçün) istifadə təcrübəsi
- Analitik düşünmə və data əsaslı qərarvermə bacarığı
Dil bilikləri:
- Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət
- Rus dili biliyi üstünlükdür
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq























