Az - Granata LLC
Şirkət haqqında:
2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. AZGRANATA meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
Əlaqə vasitələri:
Satınalma üzrə kiçik mütəxəssis
İş barədə məlumat:
- Portfelində olan şirkətlərin satınalma fəaliyyətini yoxlamaq və alışlara nəzarət etmək;
- Alışların aylıq analizləri, onların hesabat formasının hazırlanması və təqdimatı;
- Lazımi materialları/xidmətləri daxili bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Loqistikanın təşkili üçün şirkətlərə dəstək olmaq və qiymətini araşdırmaq;
- Mallar üzrə texniki məlumat vermək və qiymət araşdırmasını aparmaq;
- Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək olmaq;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatlar hazırlamaq;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatlar vermək;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə, tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
Tələblər:
- Maliyyə, təchizat, logistika üzrə ali təhsil;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
- Əlaqəli sahədə 6 aydan 2 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti;
- Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: başlanğıc olaraq 800 - 1000 Azn aralığındadır (müsahibə zamanı namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq qərar veriləcəkdir).























