Baku Holiday Travel
Şirkət haqqında:
Baku Holiday Travel - aviabiletlər, daxili və xarici səyahət paketləri, biznes səfərləri, bal ayları, müalicə paketləri, viza dəstəyi, transfer kimi xidmətləri göstərən və 2013-cü ildən fəaliyyət göstərən ən tanınmış turizm şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Onlayn Rezervasiya və Satış Əməliyyatları üzrə Mütəxəssis
Baku Holiday Travel komandası Onlayn Rezervasiya və Satış Əməliyyatları üzrə Mütəxəssis vakansiyası elan edir.
Onlayn satış platformaları, rezervasiya prosesləri, supplier kommunikasiyası və müştəri yönümlü əməliyyat işləri ilə maraqlanırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Bu vəzifə şirkətin B2B və B2C onlayn platformaları üzrə rezervasiyaların izlənilməsi, problemli sifarişlərin bərpası, supplierlərlə koordinasiya, ödəniş proseslərinə nəzarət və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri
- Şirkətin onlayn platformaları üzrə rezervasiyaların gündəlik monitorinqini aparmaq, statusları izləmək və "Not Booked", "Booking Error", "Mapping Error" kimi əməliyyat xətalarının səbəblərini araşdırmaq
- Uğursuz və ya problemli rezervasiyaları mümkün olduğu hallarda eyni qiymət və şərtlərlə bərpa etmək
- Supplier / provider sistemlərində rezervasiya statuslarını yoxlamaq, problemli hallarda əlaqə yaratmaq, müvafiq case açmaq və məsələ tam həll olunana qədər prosesi izləmək
- Rezervasiya, ödəniş, ləğv, transfer, hotel təsdiqi və ekskursiya biletləri ilə bağlı müştəri və agent sorğularını cavablandırmaq
- Ödəniş gözləyən rezervasiyaları gündəlik nəzarətdə saxlamaq və müştəriləri payment deadline barədə vaxtında məlumatlandırmaq
- Free Cancellation şərtli rezervasiyaları izləmək və cərimə yaranmadan öncə lazımi ləğv və ya düzəliş proseslərini təmin etmək
- Hotel rezervasiyaları üzrə HCN (Hotel Confirmation Number), transfer detalları (görüş nöqtəsi, əlaqə nömrəsi) və ekskursiya QR biletlərini supplierlərdən vaxtında əldə edərək aidiyyəti üzrə müştərilərlə paylaşmaq
- Yeni supplier və tərəfdaşlarla əməkdaşlıq proseslərinə, məhsul çeşidinin genişləndirilməsinə və satış kanallarının inkişafına dəstək vermək
- Rezervasiyaların satışa çevrilməsi, müştəri məmnuniyyəti və əməliyyat risklərinin azaldılması istiqamətində şöbə hədəflərinə uyğun işləmək
Namizədə tələblər
- Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
- Minimum B2 səviyyəsində ingilis dili biliyi
- Turizm, satış, rezervasiya, veb əməliyyatları, müştəri xidməti və ya B2B/B2C platformalarla iş təcrübəsi üstünlükdür
- E-mail, WhatsApp və yazılı işgüzar kommunikasiya üzrə yüksək bacarıq
- MS Office ilə yüksək işləmə bacarığı
- Onlayn sistemlər, back-end panellər və rezervasiya platformaları ilə işləməyə texniki yatqınlıq
- Diqqətli, məsuliyyətli, operativ və nəticəyönümlü iş yanaşma
- Problemli halları araşdırmaq, səbəb-nəticə əlaqəsini müəyyən etmək və həllə qədər prosesi izləmək bacarığı
- Müştəri və supplierlərlə peşəkar ünsiyyət, stressli və operativ qərar tələb edən vəziyyətlərdə düzgün prioritetləndirmə bacarığı
- B2B supplier portalları və online booking sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
- Müştəri məmnuniyyəti və satış nəticələrinə birbaşa təsir edən əməliyyat proseslərində təcrübə üstünlükdür
İş qrafiki
- İş qrafiki: Tam iş günü
- Rəqabətli əmək haqqı
- Peşəkar və dinamik komanda mühiti
- Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi


























