MG Transport
Şirkət haqqında:
MG Transport which operates in the transportation sector with its innovative service approach and solution-oriented dynamic team, offers full-range solutions including customs clearance and insurance services together with its solution partners.
MG Transport operates in metallurgy, medical, science & health, automotive, consumer goods, energy, iron and steel, chemistry, etc., including Central Asia, Russia and the European continent. offers its customers full range of services in the field of logistics.
Əlaqə vasitələri:
Logistika üzrə tədarük və təchizat mütəxəssisi
İş barədə məlumat
- Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqların aparılması;
- Şirkətə məxsus yük maşınlarının beynəlxalq marşrutlarını planlaşdırmaq və nəzarət etmək
- Sürücülərlə əlaqə saxlamaq, onların iş qrafikini tənzimləmək və təlimatlandırmaq
- Nəqliyyat vasitəsi, sürücülərin bütün sənəd və icazələrinin reyestrini aparmaq həmçinin nəzarətdə saxlamaq
- Yüklərin vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək
- Göndərmə prosesinin izlənməsi, malların vəziyyəti barədə məlumat vermək
- Gömrük, anbar və digər tərəfdaşlarla əməkdaşlıq qurmaq
- Yük daşımaları zamanı problemləri operativ həll etmək və zərurət olduqda alternativ marşrutlar təklif etmək
- Yük maşınlarının texniki vəziyyətinə nəzarət etmək, təmir üçün vaxt təyin etmək.
Namizədə dair tələblər
- Ali və ya orta-ixtisas təhsili
- 2 il iş təcrübəsi (logistika və nəqliyyat sahəsi üzrə)
- Azərbaycan dilində sərbəst danışıq (Rus və İngilis dili arzu olunandır)
- MS Ofis proqramlarından istifadə bacarığı
- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
İş şəraiti:
- Azərbaycan Respublikasının ƏM - nə uyğun sənədləşmə
- İş Rejimi: həftənin 5 iş günü
- Əmək haqqı: Müsahibə nəticələrinə və namizədlərin təcrübəsinə görə müəyyən olunacaq.
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə 2.















