MicroTech
Şirkət haqqında:
Təməli 2017-ci ildə qoyulmuş “MicroTech” MMC Azərbaycanın İKT bazarında yeni texnologiyaların tətbiqi, müxtəlif biznes həllərinin hazırlanması, istehsalat və müxtəlif növ idarəetmə proseslərinin avtomatlaşdırılması, müxtəlif texnologiyalar arasında inteqrasiyası həlləri və sair kimi xidmətlərin həyata keçirilməsini əsas fəaliyyət istiqaməti kimi seçmişdir.
MicroTech şirkəti müxtəlif sahələr üçün proqram təminatlarının işlənib hazırlanması və müxtəlif proseslərin avtomatlaşdırılması üçün yazılımların tətbiqini həyata keçirir. Maliyyə, İT, İstehsalat, Səhiyyə, Satış, Təchizat, İnsan Resursları, Marketinq və sair sahələr üçün Azərbaycan qanunlarına və iqtisadi mühitinə uyğun müxtəlif tip həllər şirkətimizin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Həmçinin MicroTech şirkəti müxtəlif istiqamətli müştərilərə biznes proseslərində İT və telekommunikasiya həllərinin düzgün tətbiqi və idarəolunmasının təşkili üçün konsaltinq xidmətlərini təqdim edir. Bununla da sahibkarlar və şirkət rəhbərləri sərfəli büdcə planlaşdırmasını həyata keçirməklə biznes üçün düzgün və dayanıqlı həllərin seçimini peşəkarlara etibar etmiş olacaqlar.
MicroTech şirkəti Azərbaycanın lokal İKT bazarının inkişafı və ölkəmizdə yeni texnologiyaların tətbiqi məqsədilə öndə gedən Avropa və Amerika şirkətlərinin ən son və qabaqcıl texnologiyalarının tətbiqini həyata keçirir. Şirkət bir çox məşhur texnologiya brendlərinin Azərbaycanda və regionda rəsmi dileri və partnyorudur.
Əlaqə vasitələri:
Təchizat üzrə mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- Xarici və daxili təchizat üzrə bilik və bacarıqların tətbiqi
- Təchizat ehtiyaclarının müəyyən olunması və satınalma prosesinin idarə edilməsi
- Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması; qiymət təkliflərinin toplanması və müqayisəsi
- Müqavilələrin hazırlanması və idarə olunması, icrasına nəzarət
- Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi
- Təchizat zənciri risklərinin təhlili və alternativ təchizatçıların müəyyən edilməsi
- Anbar, texniki və layihə komandaları ilə koordinasiyanın aparılması
- Logistika və gömrük: Daşımaların təşkili, icra müddətlərinə nəzarət, gömrük brokerləri ilə qarşılıqlı əməkdaşlıq
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya texniki ixtisaslara üstünlük verilir)
- Təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi (İT və ya texnologiya layihələrində təcrübə üstünlükdür)
- Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür)
- MS Office proqramlarında işləmək bacarığı
- Güclü analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə olunması bacarığı
- Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə bacarığı
İş şəraiti:
- İş yeri: Çinar Plaza - Bakı, Heydər Əliyev pr. 152, AZ1029
- Əmək haqqı: Bilik və bacarığa uyğun olaraq
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- Stabil iş mühiti
- Mehriban və peşəkar iş mühiti
- Təklif edirik (Benefits)
- Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
- Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
- Paşa Könüllü Tibbi Sığorta;
- Peşəkar və dəstəkləyici komanda;
- Karyera inkişafı və təlim imkanları.
















