Barista
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Ofis daxilində fəaliyyət göstərən bar stendində qəhvə və digər isti-soyuq içkilərin hazırlanması;
- Müştərilərə və əməkdaşlara nəzakətli və peşəkar xidmət göstərilməsi;
- Sifarişlərin operativ və keyfiyyətli şəkildə hazırlanması;
- Bar stendinin, avadanlıqların və iş sahəsinin daim səliqəli saxlanılması;
- Məhsul ehtiyatına nəzarət edilməsi və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Sanitariya və gigiyena qaydalarına riayət olunması;
- Gündəlik iş prosesinin təşkilində aktiv iştirak edilməsi.
Namizədə Tələblər:
- Barista və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Espresso maşını və digər qəhvə avadanlıqları ilə işləmə bacarığı;
- Müxtəlif qəhvə növlərinin və içkilərin hazırlanması üzrə bilik;
- Müştəriyönümlü, gülərüz və yüksək ünsiyyət bacarığı;
- Səliqəli xarici görünüş və məsuliyyətli yanaşma;
- Komandada işləmək və operativ qərar vermək bacarığı;
- Azərbaycan dilində səlis danışıq bacarığı (rus və ya ingilis dili biliyi üstünlükdür).
















