Sürücü
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Rəhbərliyin və əməkdaşların xidməti tapşırıqlar üzrə təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
- Şirkətə aid nəqliyyat vasitəsinin gündəlik texniki vəziyyətinə nəzarət etmək;
- Avtomobilin təmizliyini və səliqəsini daim qorumaq;
- Zəruri hallarda sənədlərin və kiçik yüklərin aidiyyəti ünvanlara çatdırılmasını təmin etmək;
- Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına ciddi riayət etmək;
- Nəqliyyat vasitəsinə aid texniki nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Namizədə Tələblər:
- Sürücü vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
- "B" kateqoriyalı etibarlı sürücülük vəsiqəsi (əlavə kateqoriyalar üstünlükdür);
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
- Təhlükəsiz və məsuliyyətli idarəetmə bacarığı;
- Səliqəli xarici görünüş, nəzakətli davranış və yüksək məsuliyyət hissi;
- Punktuallıq, operativlik və məxfiliyin qorunmasına ciddi yanaşma.
















