Eden Agro MMC
Şirkət haqqında:
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Strategiya və inkişaf üzrə menecer
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Strategiya və inkişaf departamenti
- Birbaşa rəhbər: Baş İcraçı Direktor
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Şirkətin missiya və vizyonuna əsaslanaraq 3-5 illik korporativ strategiyanın hazırlanması, İdarə Heyətinə təqdimi və illik strateji hədəflərin (OKR/KPI) formalaşdırılması
- Strategiyanın departament səviyyəsində əməliyyat planlarına transformasiyası, icra yol xəritəsinin (roadmap) tərtibi və resurs bölgüsü üzrə tövsiyələrin hazırlanması
- Yerli və regional aqrar bazarın monitorinqi, rəqiblərin fəaliyyəti və qiymət siyasətinin sistemli təhlili (benchmarking)
- Yeni biznes xətləri, məhsul portfeli genişləndirilməsi və diversifikasiya imkanlarının araşdırılması
- İnvestisiya layihələri üzrə fizibiliti analizlərinin (ROI, NPV) və potensial tərəfdaşlıq/M&A imkanlarının qiymətləndirilməsi
- İri miqyaslı böyümə layihələrinin (yeni istehsal xətləri, bazara giriş, infrastruktur genişləndirilməsi) portfel səviyyəsində formalaşdırılması, prioritetləşdirilməsi və biznes əsaslandırmasına rəhbərlik
- Layihə portfelinin icrasına yüksək səviyyəli nəzarət, əsas mərhələlərin (milestone) strateji hədəflərlə uzlaşdırılması və resurs/büdcə münaqişələrinin həllində rəhbərliyə qərar dəstəyi
- Kritik risklərin erkən aşkarlanması, İdarə Heyətinə eskalasiyası və tamamlanmış layihələrin nəticələrinin (ROI, hədəflərə çatma dərəcəsi) qiymətləndirilməsi
- Rəhbərliyə rüblük/illik strateji hesabatların, dashboard və analitik materialların təqdimi
- İllik büdcə planlaşdırma prosesində strateji prioritetlərin maliyyə modelinə inteqrasiyası və ssenari/həssaslıq analizlərinin aparılması
- Dövlət siyasəti, subsidiya proqramları və tənzimləmə mühitindəki dəyişikliklərin izlənməsi, strateji risklərin (bazar, əməliyyat, tənzimləyici) identifikasiyası
- Davamlılıq (sustainability) və ESG prinsiplərinin korporativ strategiyaya inteqrasiyası
Vəzifə tələbləri:
- Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- MBA və ya Strategiya, Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
- Strategiya, biznes inkişafı, korporativ planlaşdırma və ya idarəetmə sahəsində minimum 5-7 il iş təcrübəsi;
- Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə;
- Strateji layihələrin hazırlanması və icrasında praktiki təcrübə;
- Strateji planlaşdırma metodologiyaları;
- Biznes analitikası və performans idarəetməsi;
- Bazar araşdırmaları və rəqabət təhlili;
- Layihələrin, idarə edilməsi (PMBOK, Agile və s.);
- Büdcələşdirmə və maliyyə göstəricilərinin təhlili;
- KPI və OKR sistemlərinin hazırlanması və tətbiqi;
- Risklərin idarə edilməsi prinsipləri;
- Korporativ idarəetmə və təşkilati inkişaf üzrə biliklər
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili və İngilis dili səlis, Rus dili üstünlükdür;
- Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yüksək səviyyədə bilik;
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Korporativ tibbi sığorta paketi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
















