Korporativ Satış və Müştəri Əlaqələri üzrə Mütəxəssis
Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə "Korporativ Satış və Müştəri Əlaqələri üzrə Mütəxəssis" tələb olunur.
Vəzifə öhdəlikləri:
- Şirkətin restoran və keytrinq xidmətlərini korporativ müştərilərə təqdim etmək və satış imkanları yaratmaq;
- Yeni korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
- Mövcud korporativ müştərilərlə mütəmadi əlaqə saxlamaq, onların ehtiyaclarını, təklif və şikayətlərini öyrənmək;
- Müştərilərdən daxil olan müraciətlərin operativ həllini təmin etmək və aidiyyəti şöbələrlə koordinasiyanı təşkil etmək;
- Müqavilələrin hazırlanması prosesində iştirak etmək və onların icrasına nəzarət etmək;
- Korporativ tədbir və keytrinq layihələrinin planlaşdırılması, təşkili və icrasına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
- Satış hədəflərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Görülən işlər və satış nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri izləmək və yeni satış imkanlarını müəyyən etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Korporativ satış, B2B satış və ya müştəri münasibətlərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Güclü təqdimat, satış və ünsiyyət bacarıqları;
- Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı razılaşma yolu ilə.





















