Falcon Finance
Şirkət haqqında:
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti "Falcon Finance” adı ilə 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə kiçik və orta sahibkarlıq kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur.
Kredit bazarında aparıcı təşkilatlardan olan "Falcon Finance”, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara BOKT-a gəlmədən belə müxətlif çeşidli BOKT məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir.
2013-cü ildən fəaliyyət göstərən "Falcon Finance”-in Proqramın əsas cəhətlərindən bir neçəsini filial şəbəkəsinin genişləndirilməsi, risklərin və maliyyə göstəricilərin strateji tənzimlənməsi,xidmət keyfiyyətinin yaxşılaşdırılması təşkil edir. Proqram çərçivəsində "Falcon Finance”-in paytaxt və regionlarda yeni filialları açılır. Bundan başqa, müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni kredit məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal BOKT etmək.
Əlaqə vasitələri:
Problemli Kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
BOKT Falcon Finance MMC (Baş ofis) Problemli Kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifələri üzrə vakansiya elan edir.
İş şəraiti
- Ərazi: Bakı
- Maaş: Əmək haqqı Razılaşma + bonus
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Təsvir
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə zəng edilməsi;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək
- Əməkdaşa təhkim olunmuş kredit portfeli üzrə borcların yığımını təmin etmək
- Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
- Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.
Tələblər
- Yaş: 20 — 45 yaş
- Cinsi: Kişi
- Təhsil: ali təhsil (bakalavr)
- Yüksək ünsiyyət qabiliyyəti;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti:
- Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
- Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
- Stress altında işləmə bacarığı.





















