Direktor assistenti
Yaş aralığı: 20 – 35
Cins : Qadın
İş saatları: 18.00-21.00
- Direktorun iş gününün təşkili, görüşlər, danışıqlar və iclaslar təqviminin idarə olunması.
- Direktorun işgüzar görüşlərinin, danışıqlarının və ezamiyyətlərinin planlaşdırılması və koordinasiyası.
- Xidməti məktubların, əmrlərin, sərəncamların və digər sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və qeydiyyata alınması.
- Daxil olan və göndərilən yazışmaların qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə bölüşdürülməsi.
- Direktorun tapşırıqlarının şirkət əməkdaşları tərəfindən icrasına nəzarət edilməsi.
- Dövlət orqanları, tərəfdaşlar və kontragentlərlə işgüzar yazışmaların aparılması.
- Direktorun telefon danışıqlarının təşkili, daxil olan zənglərin qəbul edilməsi və yönləndirilməsi.
- Direktorun tapşırığı əsasında zəruri materialların, hesabatların, arayışların və təqdimatların hazırlanması.
- İclasların təşkili, iclas protokollarının aparılması və qəbul edilmiş qərarların icrasına nəzarət edilməsi.
- Xidməti məlumatların və sənədlərin məxfiliyinin təmin edilməsi.
- Elektron və kağız sənəd dövriyyəsinin aparılması, sənədlərin arxivləşdirilməsi.
- Şirkətin qonaqlarının, müştərilərinin və işgüzar tərəfdaşlarının qarşılanması.
- Görüşlər və danışıqlar zamanı rəhbərlik və ziyarətçilər üçün çay və qəhvə servisinin təşkili.
- Nahar, içməli su, dəftərxana ləvazimatları və ofis üçün digər zəruri materialların sifariş edilməsi.
- Direktorun qəbul otağında və danışıqlar otaqlarında təmizlik və səliqəyə nəzarət edilməsi.
- Kuryer xidmətləri ilə qarşılıqlı əməkdaşlığın qurulması, sənədlərin göndərilməsi və qəbulunun təşkili.
- Rəhbərlik üçün mehmanxana, aviabilet və digər nəqliyyat xidmətlərinin bronlaşdırılması.
- Etibarnamələrin, xidməti qeydlərin və digər daxili sənədlərin hazırlanması.
- Əmək vəzifələri çərçivəsində direktorun şəxsi və xidməti tapşırıqlarının yerinə yetirilməsi.
- Daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsi tələblərinə və korporativ etika normalarına riayət edilməsi.
TELEBLER
- Ali və ya orta ixtisas təhsili.
- Rəhbər köməkçisi, ofis meneceri və ya katibə vəzifəsində iş təcrübəsinin olması arzuolunandır.
- MS Office proqramlarını (Word, Excel, Outlook, PowerPoint) yüksək səviyyədə bilmək.
- Səlis şifahi və yazılı nitq bacarığı.
- İşgüzar ünsiyyət və işgüzar yazışma bacarıqları.
- Təşkilatçılıq, məsuliyyətlilik, intizamlılıq və stresə davamlılıq.
- Məxfi məlumatlarla işləmək bacarığı.






















