FAB Group-Omid MMC
Şirkət haqqında:
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Əlaqə vasitələri:
Elektrik
Əmək haqqı: 950 AZN
Əsas vəzifələr:
- 1000 V-a qədər gərginlikdə elektrik maşınları və elektrik avadanlıqlarının sökülməsi, orta təmiri, yığılması, mərkəzləşdirilməsi və quraşdırılması;
- Böyük qrup lövhələrin və mürəkkəb metal konstruksiyaların elektrik aparatları və elektrik cihazları üçün hazırlanması, montajı və quraşdırılması;
- 1000 V-a qədər gərginlikli kabellərin açılması, düzəldilməsi və fazirovkasının aparılması;
- Transformatorların, kabel giriş və çıxışlarının izolyasiya müqavimətinin 2500 V-dan yuxarı gərginlikli meqommetrlə yoxlanılması və ölçülməsi;
- İstehsal avadanlıqları və qurğularda yaranan nasazlıqların aşkar edilməsi, təmir olunması və aradan qaldırılması;
- Elektrik avadanlıqlarının təhlükəsiz və fasiləsiz işləməsinin təmin edilməsi.
Maraqlanan namizədlər 055 500 96 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

























FAB Group-Omid MMC