Aral Group Baku
Şirkət haqqında:
ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.
İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.
Əlaqə vasitələri:
Texniki ofis mühəndisi
İş şəraiti
- İş yeri: Aral Group
- Bağlı olduğu şöbə: Texniki Ofis
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq sahə mühəndislərindən icra olunacaq işlər haqqında məlumatların alınması
- Layihələr üzrə iş həcmlərinin və materialların sihayısının hazırlanması
- Layihələr üzrə aylıq ehtimal xərclərin hazırlanması
- İşçilik tələb forumlarının hazırlanaraq aidiyyatı şöbəsinə təqdim olunması
- İş həcmlərin nəzarət edilməsi, layihədə dəyişiklər baş verərsə iş həcmləri cədvəllərində muvafiq düzəlişlərin tərtib edilməsi;
- Mütəmadi sahələrdə baxış keçirilərək raporların hazırlanması
- Sahələrdə podratçı təşkilatların bütün gördüyü işlərin (Forma 2 və Hakediş) yerində ölçülərək yoxlanılması, uyğunsuzlar olduğu halda aşkarlanması və düzəliş olunması üçün aidiyyatı əməkdaşa yönləndirilməsi
- Aidiyyatı günlük, həftəlik və aylıq hesabatların hazırlanması
- MS Word, MS Excel, MS Power Point, MS Project, AutoCad proqramlarında sərbəst işləmək bacarığı
Namizəd üçün tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr)
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
- Layihələrin icrası və istehsalat proseslərinin idarə olunmasını yaxşı bilmək
- Təhlil və hesabat hazırlama bacarığı
- Problemlərin həll edilməsi və qərarvermə bacarığı
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
























