Ram Holding
Şirkət haqqında:
RAM Holdinq QSC-yə aid şirkətlərin fəaliyyəti 2005-ci ildən başlayır. Holdinqə aid 10-da artıq şirkət Azərbaycan Respublikası ərazisində və respublikanın hüdudlarından kənarda fəaliyyət göstərməklə 6 fərqli sektoru əhatə edir. Holdinq Azərbaycanda inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edən və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlər, istərsə də fərdi sahibkarların etibarını qazanmış bir şirkətlər ailəsidir. Qürurla deyə bilərik ki, bu ailəyə daxil olan bir neçə şirkət fəaliyyət göstərdiyi sektorda lider şirkətlərdəndir və onların hər biri öz bazarlarının inkişafında mühüm rollardan birini oynayır. Şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir. RAM Holding etibarlı tərəfdaşdır.
Əlaqə vasitələri:
Satış müdiri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 5 il iş təcrübəsi(B2B,B2C);
- Rəhbər kimi minimum 2 il iş təcrübəsi;
- Tender prosesləri üzrə iş təcrübəsi;
- Avtomobil, kommersiya nəqliyyatı, xüsusi texnika, tikinti texnikası və ya sənaye avadanlıqları satışında təcrübə üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis və rus dilləri-yaxşı;
- MS Office proqramlarında işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- İllik satış və alış planlarının hazırlanması və icrası;
- Korporativ müştərilərin axtarışı;
- Danışıqların aparılması və müqavilələrin bağlanması;
- Bazarın təhlil edilməsi, bazar araşdırmalarının aparılması;
- Tenderlərdə iştirak;
- Satış nəticələrinin izlənməsi, hesabatlaın hazırlanması.
İş şərtlərimiz:
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);

























