HamamBath
Şirkət haqqında:
Turizm sektorunun ölkəmizin inkişafındakı vacibliyini və yeni layihələrin həyata keçirilməsini nəzərə alaraq biz bu sektorun inkişafına öz töhfəmizi vermək üçün yeni bir müasir hamam və SPA kompleks layihəmizi həyata keçirdik. Sağlamlıq Mərkəzi “Home Bridge” mehmanxanasının yaxınlığında yerləşir. Bu layihənin əsas məqsədi Respublikamızda olan rezident və qeyri-rezident şəxsləri, turistləri ekoloji cəhətdən sağlam şəraitdə yüksək səviyyəli xidmətlə təmin etməkdir.
İlin bütün fəsilləri fəaliyyət göstərən "Hamambath" kompleksi müştərilər üçün unikal istirahət təklif edir. Şərq, Slavyan və Avropa mədəniyyətlərinin ahəngi olan "Hamambath" əsl istirahət formulunu kəşf etdi. Burada hamam sevərləri Fin saunasi, Rus və Ukrayna hamamı, Roma saunası, qar otağı, SPA zona, və açıq havada "təbii göl" gözləyir.
Hamam və SPA kompleksi eyni anda 100 qonağa yüksək səviyyədə xidmət göstərmək qabiliyyətinə malikdir.
Əlaqə vasitələri:
Menecer köməkçisi
Vəzifə öhdəlikləri:
- Menecerin gündəlik fəaliyyətinə dəstək göstərmək.
- İşçi heyətinin gündəlik iş prosesini izləmək və koordinasiya etmək.
- Tapşırıqların vaxtında və düzgün icra olunmasına nəzarət etmək.
- İş qrafiklərinin hazırlanmasında iştirak etmək və icrasını izləmək.
- Xidmət keyfiyyətinə və iş intizamına nəzarət etmək.
- Qonaqlarla peşəkar və nəzakətli ünsiyyət qurmaq.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları operativ yerinə yetirmək.
Namizəddən gözləntilər:
- Bəy namizədlər.
- Azərbaycan dilində sərbəst danışıq,
- Rus və ingilis dilləri - gündəlik ünsiyyət səviyyəsində danışıq bacarığı.
- Hospitality, xidmət və ya otelçilik sahəsində təcrübə üstünlükdür
- İdarəetmə sahəsində inkişaf etmək istəyi.
- Çevik düşüncə, sürətli qavrama və analitik yanaşma.
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
- Məsuliyyətli, intizamlı və çalışqan olmaq.
İş şəraiti:
- Nahar şirkət tərəfindən təmin olunur.
- İş qrafiki: 6 günlük.
- İş yeri: Şıxov, Salyan şosesi 14 (Bakı Baş Gömrük İdarəsinin yanı).
- Əmək haqqı: 600–800 AZN + tips.

























HamamBath