Respect Solutions
Şirkət haqqında:
Respect Solutions Sistem inteqrator olaraq Microsoft Bulud və Biznes Həllər üzrə yeni nəsil rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərir. Bizim kompetensiyamız Microsoft-un Qızıl Tərəfdaşı statusu ilə təsdiqlənib. Eyni zamanda Respect Solutions 2018-ci ildə Azərbaycan üzrə İlin Tərəfdaşı nominasiyasında qalib seçilmişdir.
Bizim Azərbaycan, Türkiyə MDB regionunda maliyyə xidmətləri, pərakəndə satış, nəqliyyat, istehsalat biznes sahələri üzrə uğurlu layihələrimiz vardır.
Sistem və həllərin birləşdirilməsi və optimallaşdırılmasında illərdən bəri qazandığımız təcrübə sayəsində şirkətimiz aşağıdakı sahələr üzər ixtisaslaşmışdır:
- Müəssisə resurslarının planlanması (ERP) – Microsoft Dynamics ERP, CRM, HR həllərini tətbiq etməklə müəssisə resurslarının səmərəli istifadəsini təmin edirik,
- Biznes analitikası xidmətləri – Şirkətin müxtəlif əməliyyat və uçot sistem- lərində olan böyük həcmli məlumatlarını interaktiv hesabat formatlarında vizuallaşdırırıq.
- Müəssisə biznes sistemlərinin inteqrasiyası – tətbiqlərin biznes proseslərə effektiv inteqrasiyasını təmin etmək və arzuolunan biznes nəticələri əldə etmək;
- Müəssisə məzmun idarəetməsi – performansı və məhsuldarlığı artırmaq, xərc və riskləri azaltmaq üçün müvafiq məlumatların müəssisəyə daha əlçatan edilməsi;
- Məlumat təhlükəsizliyi xidmətləri – risklərin idarə edilməsi, məhsuldarlığı, məlumatların bütövlüyünü və uyğunluq səviyyəsinin yüksəldilməsini təmin edən proaktiv korporativ təhlükəsizlik strategiyalarının həyata keçirilməsi;
- Mobil hesablama – müəssisədə mobil həllər vasitəsilə məhsuldarlığı artırmaq, xidmətin əlçatanlığı və müştəri sədaqətinin artırılması;
- Bulud hesablama – Bulud hesablama biznesinizə çoxlu sayda faydalar təklif edir. Hər hansı bir yerdə hər hansı bir biznesinizə qoşulma rahatlığını təmin etmək üçün mahiyyətcə bir virtual ofis qurmağa imkan verir. Bugünkü biznes mühitində istifadə olunan veb dəstəkli cihazların (məsələn, smartfonlar, planşetlər) sayının artmması ilə məlumatlara giriş daha da asanlaşır.
Bizim komanda Microsoft Biznes Həlləri (MBH) və Microsoft Bulud Platfor- ması (MBP) üzrə sertifikatlı mütəxəssislərdən ibarətdir.
Əlaqə vasitələri:
Data Analitik
Respect Solutions komandasına Data Analitik axtarırıq.
İş şəraiti:
- Əməkhaqqı: Namizədin təcrübə və biliklərinə görə müəyyən olunacaq
- İş qrafiki: həftədə 5 tam iş günü, şənbə günü saat 13:00-dək.
- İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- ERP və digər biznes sistemlərindən satış, satınalma, istehsalat, maliyyə və digər məlumatların toplanması və təhlili;
- Excel, SQL və Power BI vasitəsilə hesabat və dashboard-ların hazırlanması;
- Microsoft Fabric və data alətləri ilə bağlı tapşırıqlarda iştirak;
- ETL prosesləri və SSIS üzrə tapşırıqların icrasında iştirak;
- Biznes göstəricilərinin analiz edilməsi və nəticələrin aydın formada təqdim olunması;
- Məlumatlarda uyğunsuzluqların araşdırılması və aidiyyəti komandalarla koordinasiya;
- Layihə və funksional konsultant komandalarından gələn analitik tələblərin icrası;
- Lazım olduqda Microsoft Dynamics 365 ERP və Business Applications layihələrinə dəstək.
Namizədə tələblər:
- Data Analitik sahəsində minimum 1 il iş təcrübəsi;
- Excel, SQL və Power BI üzrə praktiki bilik;
- Microsoft Fabric üzrə bilik və ya öyrənməyə maraq;
- ETL / SSIS üzrə bilik və ya təcrübə üstünlükdür;
- Güclü analitik, məntiqi və riyazi düşüncə;
- Biznes proseslərini anlamaq bacarığı;
- Məlumatlarla işləməyi sevmək, diqqətli və məsuliyyətli olmaq;
- ERP / CRM layihələrində iştirak etməyə açıq olmaq;
- Rus və ya ingilis dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək mütləqdir.
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi;
- Uzunmüddətli əməkdaşlıq imkanı;
- Dinamik və peşəkar komandada çalışma imkanı;
- Real data, ERP və biznes prosesləri üzrə layihələrdə iştirak;
- Microsoft Power BI, Microsoft Fabric, Dynamics 365 və Business Applications istiqamətində inkişaf imkanı.

























Respect Solutions