Ecopress
Şirkət haqqında:
Ecopress şirkəti 2016-cı ildən fəaliyyət göstərir. Brendimiz lazer printerlər üçün müxtəlif növ uyğun kartriclər təklif edir. Rəqiblərimizlə müqayisədə, şirkətimiz bir çox üstünlüklərə malikdir.
Ecopress kartricləri dünya brendi olan istehsalçıların məhsulları ilə müqayisədə daha qənaətli və dolum üsulu ilə müqayisədə çox keyfiyyətlidir.
Şirkətimiz müxtəlif sahələrdə fəaliyyət göstərən, bir sıra qabaqcıl təşkilatlarla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Satış üzrə operator (B2B)
Əsas öhdəliklər və vəzifələr:
- 1C proqramında satışların, sifarişlərin və müvafiq əməliyyatların dəqiq şəkildə qeydiyyatının aparılması;
- Şirkətə daxil olan zənglərin qəbul edilməsi, müştərilərin sifarişlərinin qeydə alınması və suallarının cavablandırılması;
- Debitor borcu (gecikmiş ödənişləri) olan müştərilərlə telefon vasitəsilə mütəmadi əlaqə saxlanılması, borcların izlənilməsi və geri qaytarılmasının təmin edilməsi;
- Ofis daxili ilkin sənədləşmə işlərinin icra olunması;
- Lazımi sənədlərin (hesab-faktura, qaimə və s.) çap edilməsi, skan olunması, qovluqlara yığılması və arxivləşdirilməsi.
Namizədə dair tələblər:
- Cins: Yalnız xanım namizədlər;
- 1C proqramında sərbəst işləmək bacarığı və bu sahədə iş təcrübəsi;
- Səlis nitq, xoş səs tonu və telefonda peşəkar ünsiyyət (mədəniyyət) qurmaq qabiliyyəti;
- Problemli və borclu müştərilərlə danışıqlar aparmaq bacarığı, stressə davamlılıq;
- Ofis texnikası (printer, skaner və s.) ilə işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik, punktuallıq və verilən tapşırıqları vaxtında icra etmək.
İş şəraiti:
- Rəsmiyyət: Azərbaycan Respublikasının Əmək məcəlləsinə tam uyğun olaraq rəsmi əmək müqaviləsi bağlanılır;
- Əməkhaqqı: 750 AZN (Net)
- İş qrafiki: Həftədə 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatları: 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və Bazar günləri;






















Ecopress