Hyper Servis
Şirkət haqqında:
2023-cü ilin sonlarında fəaliyyətə başlayan Hyper Servis öz sürətli, keyfiyyətli, müştəriyönümlü və ən son standartlara cavab verən xidmətləri ilə sürücülərə təqdim olunur.
Yüksək keyfiyyətin əlçatanlığı, vaxta qənaət, müştəri komfortu və məmnuniyyəti servisin əsas prioritetidir. Hyper Servisdə avtomobil üçün təklif olunan xidmətlərdən əlavə, həm də ABŞ, Kanada, Yaponiya, Koreya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrə məxsus mühərrik yağı, təkər, filtr və akkumulyator brendlərini birbaşa rəsmi distribütorlardan əldə edərək müştərilərə təklif edir.
Əlaqə vasitələri:
Kopirayter / Kontent üzrə mütəxəssis
Öhdəliklər:
- Əməkdaşlıq etdiyimiz brendlərin sosial media kanalları üçün kontent strategiyasının hazırlanmasında iştirak
- Sosial media postları üçün description və caption-ların yazılması
- Reels videoları üçün ssenarilərin hazırlanması
- 2D motion, 3D və animasiya videoları üçün skriptlərin yazılması
- Reklam çarxları üçün ssenari və mətnlərin yazılması
- Brend tonunun qorunması və kontentlərə adaptasiyası
- Kreativ konsept və kommunikasiya təqdimatlarının hazırlanmasında iştirak
- Aylıq kontent planlarının hazırlanması və icrasına nəzarət
- Kreativ vizualizasiya komandası ilə koordinasiyalı işləmək
Tələblər:
- Ali təhsil
- Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı (İngilis və rus dilləri arzu olunandır)
- Copywriting və kontent menecmenti üzrə təcrübə
- Sosial media platformalarının iş prinsipini anlamaq
- Deadline-larla işləmə və məsuliyyətli yanaşma
- İş təcrübəsi: 1-3 il
İş barədə məlumat:
- İş qrafiki: 5 günlük
- İş saatı: 10:00-19:00
- Əmək haqqı: 900 AZN

























Hyper Servis