Mixpromax MMC
Şirkət haqqında:
MixProEdu, MixProMax MMC-nin xaricdə təhsil istiqamətidir və tələbələrə müxtəlif ölkələrdə ali təhsil almaq imkanları təqdim edir. Hal-hazırda Türkiyə, Şimali Kipr, Ukrayna, Rusiya, Kazaxıstan, Özbəkistan və digər ölkələrdə yerləşən nüfuzlu universitetlərlə əməkdaşlıq edirik.
Xidmətlərimizə universitet seçimi, sənədlərin hazırlanması, qəbul prosesi və.s. daxildir. Məqsədimiz – tələbələrə şəffaf, sürətli və peşəkar şəkildə təhsil imkanları təqdim etməklə, onların gələcəyinə etibarlı yol yoldaşı olmaqdır.
Əlaqə vasitələri:
Satış Meneceri
Komandamızı böyüdürük Satış Meneceri axtarırıq
Əgər insanlarla ünsiyyət qurmağı sevir, satış hədəflərinə çatmaqdan motivasiya alır və karyeranızı sürətlə inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görmək istərdik.
Vəzifə öhdəlikləri:
- Şirkətə daxil olan müraciətlərin operativ şəkildə idarə edilməsi;
- Potensial müştərilərlə telefon, WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə əlaqələrin qurulması;
- Müştəri ehtiyaclarının düzgün təhlil edilməsi və uyğun xidmətlərin peşəkar təqdimatı;
- MixPro Education çərçivəsində xaricdə təhsil xidmətləri və konsultasiya paketlərinin satışı;
- MixPro Ads çərçivəsində şirkətlərə rəqəmsal marketinq, reklam və biznes həllərinin təqdim olunması;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
- Satış etirazlarının effektiv şəkildə idarə olunması və satış prosesinin uğurla yekunlaşdırılması;
- Satış planlarının və aylıq hədəflərin icrası;
- Müştəri münasibətlərinin uzunmüddətli və peşəkar şəkildə idarə olunması;
- Müştəri məlumatlarının və satış nəticələrinin müvafiq sistemə düzgün daxil edilməsi;
- Rəhbərliyə satış fəaliyyəti üzrə müntəzəm hesabatların təqdim edilməsi.
Tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Satış psixologiyası və danışıqlar aparmaq bacarığı;
- Satış etirazlarının idarə olunması və satışın bağlanması üzrə yüksək bacarıq;
- Güclü ünsiyyət, təqdimat və inandırma qabiliyyəti;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq;
- Hədəflərlə işləməyi sevmək və yüksək performans göstərmək;
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Daim öyrənməyə və peşəkar inkişaf etməyə açıq olmaq.
Biz təklif edirik:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı + yüksək bonus sistemi;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
- 6 günlük iş qrafiki
- Davamlı təlim və mentorluq dəstəyi;
- Dinamik və motivasiyaedici iş mühiti;
- Böyüyən və innovativ komandanın üzvü olmaq imkanı.
İş yeri: Bakı, Əhməd Rəcəbli, Aynalı Plaza, MixPro ofisi


























Mixpromax MMC