Azmerika
Şirkət haqqında:
Azmerika MMC 2019-cu ilin dekabr ayından etibarən bir çox xarici brendlərin rəsmi distribütorluğunu həyata keçirir. Şirkətimiz gənc olmasına baxmayaraq, mühərrik yağı bazarında xüsusi nüfuza malik olan mühərrik yağı brendləri ilə əməkdaşlıq edir.
Belə ki, Azmerika MMC, ABŞ brendi olan AMSOIL, Kanada brendi olan Petro-Canada mühərrik yağlarının, həmçinin Tayvan markası olan Maxxis təkərlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur.
Əlaqə vasitələri:
SMM Mütəxəssisi
Tələblər:
- Brief hazırlamaq
- Dizayner və copywriter üçün aydın, məqsədyönlü və kreativ brieflər hazırlamaq.
- Content yazmaq
- Brendin üslubuna uyğun kreativ post mətni, reklam məzmunu və story textləri hazırlamaq.
- Planlaşdırma
- Aylıq / həftəlik post planı tərtib etmək, qrafik dizayn, video və məzmunla koordinasiyanı təmin etmək.
- Analitika
Tələb olunan Təcrübə:
- Ali təhsil
- Ən azı 1 il təcrübə sosial media idarəsində.
- Kontent istehsalı prosesinə (foto/video/dizayn) rəhbərlik etməkdə anlayış.
Üstünlüklər:
- Avtomobil sektoru və ya B2B xidmətləri ilə bağlı SMM təcrübəsi.
- SEO və e-mail marketing haqqında baza biliklər.
- Kreativlik.
- Meta Business Suite, TikTok Ads Manager və Google Ads ilə işləmə bacarığı.
İş şəraiti:
- 5 günlük qrafik
- Iş saatı: 10:00-19:00
- Əmək haqqı: 700 Azn (Müsahibədə namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq)
























