Train-Brain
Şirkət haqqında:
Bizim komandamızda sektorun ən yaxşı mütəxəssisləri ilə işləyirik, ki, sizə ən yaxşı təlimatı təmin etsin.
- Fərdi Yanaşma: Hər bir tələbə üçün xüsusi bir yanaşma ilə kurslarımızı təklif edirik, ki, öyrənmə prosesi maksimum effektiv olsun.
- Müasir Texnologiya: Ən son texnologiyaları istifadə edərək, tələbələrimizə interaktiv və praktiki öyrənmə təcrübəsi təklif edirik.
- Dəstək və Konsultasiya: Kurslarımızdan sonra da tələbələrimizə davamlı dəstək və konsultasiya təklif edirik.
Əlaqə vasitələri:
STEAM və Beynəlxalq Yarışlar üzrə Mentor
Əsas Vəzifə və Öhdəliklər:
- Tələbə və komandaları yerli və beynəlxalq STEM/Robototexnika yarışlarına, hakatonlara yüksək səviyyədə hazırlamaq;
- Yarış formatlarına uyğun praktiki və nəzəri dərs proqramlarının (kurikulum) hazırlanması və tədrisi;
- Müvafiq sahə üzrə qrant proqramlarını, beynəlxalq müsabiqələri və mükafatları (awards) mütəmadi izləmək, komandanı bu istiqamətdə yönləndirmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, məsuliyyətlə və effektiv şəkildə icra etmək.
Namizədə dair Tələblər:
- Təhsil və İxtisas: Mexanika, Elektronika, Mexatronika, Robototexnika, Kompüter Mühəndisliyi və ya müvafiq sahələr;
- Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Pedaqoji təcrübənin olması üstünlükdür);
- Dil Bilikləri: İngilis dillərini mükəmməl səviyyədə bilmək (Dərslərin tədrisi və beynəlxalq yarış materiallarının araşdırılması üçün vacibdir. Rus dili üstünlükdür);
- STEAM layihələrində, mühəndislik yarışlarında və ya hakatonlarda öncədən iştirak təcrübəsi;
- Uşaqlar və gənclərlə işləmək bacarığı, onlara mentorluq etmək həvəsi;
- Şəxsi keyfiyyətlər: Güclü ünsiyyət, təqdimat və geniş araşdırma (research) bacarığı.
Biz Nə Təklif Edirik?
- Beynəlxalq layihələrdə və qlobal yarışlarda təcrübə qazanmaq imkanı;
- Dinamik, innovativ və davamlı inkişaf edən komanda mühiti;
- Peşəkar potensialınızı reallaşdırmaq üçün geniş imkanlar.























