Elektrik mühəndisi
“UĞUR İNDUSTRY” MMC Elektrik mühəndisi vakansiyası elan edir:
Elektrik mühəndisi
- Müəssisənin adı: “UĞUR İNDUSTRY” MMC
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Yaş həddi 25-55;
- Elektrik sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
- Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək
- Sənaye təyinatlı, digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək.
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
- Kommersiya, sənaye və məişət məqsədi ilə elektrik alətləri, avadanlıqları, qurğuları, komponentləri, məhsulları və sistemlərini layihələşdirmək, hazırlamaq, saxlamaq və təkmilləşdirmək;
- Elektrik avadanlıqları və onların ehtiyat hissələrini sifariş vermək.
- Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək.
- Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
- Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
- İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihəkonstruktor sənədlərini razılaşdırmaq və rəylər vermək.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
- Korporativ nömrə ilə təmin edilir.
- Əmək haqqı: Razılaşma əsasında.























