M-Trans
Şirkət haqqında:
M-Trans" MMC 2011-ci ildə Azərbaycan Respublikasının, Xaçmaz şəhərində yaradılmışdır və "M-Forward" şirkətlər qrupuna daxildir. Şirkətimiz həm yerli, həm də beynəlxalq yüklərin daşınması ilə məşğuldur. Uzun illərə dayanan təcrübəmizə əsaslanaraq istər quru, istər dəniz, istərsə də hava yolları ilə müntəzəm olaraq yük daşınma ehtiyaclarınızı təmin edə biləcəyimizə əmin ola bilərsiniz. Yük maşınlarımızın istehsal illəri 2003-cü ildən başlayaraq 2014-cü ilədəkdir. Şirkətimizə məxsus olan 80-dən çox konteyner daşıyıcı, 150-dən çox Avro 5, Avro 6 standartlarına uyğun olan refrejerator və yük avtomobillərimiz var. M-Trans MMC Beynəlxalq səviyyədə tanınmış böyük su nəqliyyatı şirkətləri olan Maersk, MSC, ARKAS və digər şirkətlərlə uzun müddətli və sıx əməkdaşlıq edərək, daşınmanın həcmindən, məsafəsindən asılı olmayaraq, logistika sahəsində regionun ən etibarlı və sərfəli şirkəti olaraq marka adını qazanmışdır.
Əlaqə vasitələri:
Mağaza satış mütəxəssisi (Yük avtomobili ehtiyat hissələri üzrə)
Vəzifə öhdəlikləri
- Məhsulların texniki xüsusiyyətləri, uyğunluğu və tətbiq sahələri barədə müştəriləri məlumatlandırmaq;
- Satış planının icrasında iştirak etmək və müəyyən edilmiş satış hədəflərinə nail olmaq;
- Mağazada məhsulların düzgün yerləşdirilməsinə, qiymət etiketlərinin və vitrinlərin səliqəsinə nəzarət etmək;
- Anbarla koordinasiyalı işləyərək məhsul mövcudluğunu izləmək və sifarişlərin vaxtında hazırlanmasını təmin etmək;
- ERP və ya satış proqramında sifariş, satış və digər əməliyyatları düzgün şəkildə icra etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və daxil olan müraciətlərin operativ həllinə dəstək vermək;
Namizədə tələblər
- Satışı sahəsində minimum 1 il iş təcrübəsi
- Ehtiyat hissələrinin kataloqları və OEM kodları ilə işləmək bacarığı üstünlükdür;
- Rus dili biliyi üstünlükdür;
- Kompüter bilikləri (MS Office və satış/ERP proqramlarından istifadə bacarığı);
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır
- İş qrafiki: həftə içi 5 gün
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mağaza satış mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


























M-Trans