Nur Collection
Şirkət haqqında:
Nur Collection MMC 2021-ci ildən etibarən öz yerli geyim brendini yaradaraq qadın və uşaq geyimləri istehsalına başlamışdır.
Əlaqə vasitələri:
Əməkhaqqı mühasibi
“Nur Collection” MMC “Əməkhaqqı mühasibi” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)
Əsas Vəzifələr:
- İşçilərin əməkhaqqı, mükafat, əlavə ödəniş, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərini qüvvədə olan qanunvericiliyə uyğun hesablamaq və işçinin əmək haqqı kartına ödənişi icra etmək.
- Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaları düzgün tətbiq etmək;
- Son haqq-hesabların və kompensasiya ödənişlərinin hesablanmasını həyata keçirmək;
- Əməkhaqqı üzrə mühasibat yazılışlarını formalaşdırmaq və mühasibat uçotunda düzgün əks etdirmək;
- Dövlət qurumlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək. həmçinin vahid bəyannamə hesabatının verilməsi.
- Əmək müqavilələri, əmrlər, tabel məlumatları və digər ilkin sənədlərin əməkhaqqı hesablamalarına uyğunluğunu yoxlamaq;
- Əməkhaqqı fondunun təhlilini aparmaq, statistik və analitik hesabatlar hazırlamaq;
- Daxili və xarici audit proseslərində əməkhaqqı üzrə məlumat və sənədlərin təqdim edilməsini təmin etmək;
- Əməkhaqqı proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması istiqamətində təkliflər vermək;
- Məlumatların məxfiliyini qorumaq və peşə etikası prinsiplərinə riayət etmək.
Namizədə tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Əməkhaqqı üzrə mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi və sosial sığorta qanunvericiliyi üzrə dərin biliklər;
- Mühasibat uçotu prinsipləri və əməkhaqqı uçotu üzrə peşəkar bilik;
- 1C (8.3), ERP və ya digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, IF, SUMIFS, XLOOKUP və s.);
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Güclü ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı.

























