Veysəloğlu Şirkətlər Qrupu
Şirkət haqqında:
Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir. İllərdir ki, ölkə iqtisadiyyatına dəyər qatan Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Əsas missiyası cəmiyyəti təmiz, sağlam və keyfiyyətli, eyni zamanda münasib qiymətə gündəlik istehlak malları ilə təmin etməkdir. Şirkətlər Qrupu üzrə illik yeni iş yerlərinin sayı 2000-dən artıqdır.
Veysəloğlu Şirkətlər Qrupunun sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işinə bağlı insan resurslarıdır. Öz rəqabət üstünlüyünü əməkdaşlarının peşəkarlığında, inkişafa və innovasiyalara açıq şirkət mədəniyyətində görür. Bu baxımdan hər bir vəzifəyə kadr seçimi, vəzifədə yüksəliş, Qrup şirkətləri arası transferlər ciddi prosedurlarla tənzimlənir. Fərdi və işgüzar keyfiyyətlərinə güvənən, bilik və təcrübəsini real biznes mühitində və rəqabət atmosferində artırmaq istəyən, dəyər yaratmağı özünə hədəf qoyan hər kəs Veysəloğlu Şirkətlər Qrupunda karyera qura bilər.
Peşəkar inkişafa dəstək, təlim və sertifikasiya dəstəyi, əməkdaşlarının övladlarına təhsil təqaüdü, tibbi sığorta və tibbi dəstək, elastik iş rejimi, nahar və nəqliyyat (servis) təminatı, korporativ güzəştlər Şirkətlər Qrupunun imtiyazları, yüksək komanda ruhu, öyrənməyə və öyrətməyə əlverişli mühit, beynəlxalq təcrübəyə malik peşəkarlarla çalışma imkanı, karyera yüksəlişi, şirkətlərarası transfer imkanı, iş və həyat balansı, distant işləmə imkanı, rəqabətli əməkhaqqı isə əsas üstünlükləri sırasındadır.
1994-cü ildə yaradılmış Veysəloğlu Şirkətlər Qrupuna "Veysəloğlu" MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki daxildir. “Entree Azərbaycan” MMC və “Sirab” mineral sular zavodu isə həmtəsisçisi olduğu şirkətlərdir.
Əlaqə vasitələri:
Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis
Veyseloglu Group of Companies "Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis" vakansiyasını açıq elan edir.
Əsas Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
- Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
- MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
- Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
- PMS sertifikatı arzuolunandır;
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
- Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
- Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
- Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
- Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
- Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
- Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
- İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş Şərtləri
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (Həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti Mövcuddur






















Veysəloğlu Şirkətlər Qrupu