OMİD Mağazalar şəbəkəsi
Şirkət haqqında:
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Əlaqə vasitələri:
Fəhlə
Ünvan
- Bakı üzrə: Nərimanov (Ə.Rəcəbli),Yusifbəyli, Dərnəgül, Binəqədi (DSK), Əhmədli, Şərq Bazarı, Xutor, Badamdar, Sumqayıt
- Bölgə üzrə; Şəmkir, Gəncə
Vəzifə öhdəlikləri
- Mağazaya daxil olan məhsulların nəqliyyat vasitələrindən boşaldılması və müvafiq yerlərə yerləşdirilməsi
- Anbar və mağaza ərazisində məhsulların səliqəli şəkildə saxlanılmasına nəzarət edilməsi
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
Namizədə tələblər:
- Yaş həddi: 18–50 yaş
- Orta təhsil (peşə və ya kollec məzunlarına üstünlük verilir)
- Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı
Əmək haqqı: 530 – 700 AZN





















