Rewire Model Group
Satış Nümayəndəsi
Vəzifə öhdəlikləri
- Şirkətin biznes konsaltinq və İT həllərinin (ERP, CRM, avtomatlaşdırma və süni intellekt həlləri) korporativ müştərilərə satışını həyata keçirmək
- Yeni korporativ müştərilərin müəyyən edilməsi, cəlb olunması və uzunmüddətli əməkdaşlıqların qurulması
- Mövcud müştəri portfelinin idarə edilməsi və inkişaf etdirilməsi
- Müştərilərlə görüşlər keçirmək, ehtiyaclarını təhlil etmək və uyğun həllər təqdim etmək
- Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
- Satış planlarını yerinə yetirmək və satış nəticələrini mütəmadi olaraq təhlil etmək
- Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləyərək satış strategiyasına töhfə vermək
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
- Minimum 5 il satış sahəsində iş təcrübəsi
- B2B satışları üzrə, xüsusilə İT xidmətləri və ya proqram təminatı sahəsində təcrübə üstünlükdür
- ERP sistemləri və biznes proseslərinin avtomatlaşdırılması sahəsində bilik və ya təcrübə üstünlük hesab olunur
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri yönümlü düşüncə tərzi və nəticəyə fokuslanma
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komandada işləmək və təşəbbüskar olmaq
İş şəraiti
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
- Peşəkar inkişaf, təlim və karyera yüksəlişi imkanları
- Müasir və dinamik iş mühiti

























