Vergi uçotu üzrə mühasib
Vəzifə öhdəlikləri:
- Müəssisənin vergi, mühasibat və sosial sığorta (DSMF) üzrə gündəlik əməliyyatlarının qanunvericiliyə uyğun aparılması;
- Bütün növ vergi bəyannamələrinin və Etaxes üzrə bütün növ vergi bəyanmələri və vahid hazırlanması və elektron kabinet vasitəsilə göndərilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması və qanunvericilikdə müəyyən edilmiş müddətlər daxilində müvafiq dövlət orqanlarına təqdim edilməsi;
- Dövlət Vergi Xidməti və digər rəsmi qurumlarla yazışmaların aparılması, daxil olan sorğu və məktubların vaxtında cavablandırılması;
- Şirkətin qarşılaşdığı vergi məsələlərinin həllində birbaşa iştirak etmək və vergi risklərinin minimuma endirilməsinə dəstək göstərilməsi.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
- Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya oxşar sahədə 1–3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Excel bilikləri yüksək səviyyədə)
- Vergi məcəlləsini yaxşı səviyyədə bilmək
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
İş şərtləri:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- İstirahət günü: Şənbə, Bazar;
- İş yeri: Bakı şəhəri, Globus Center;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1200 AZN






















