Aral Group Baku
Şirkət haqqında:
ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.
İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.
Əlaqə vasitələri:
Marketing Meneceri
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Media planların hazırlanması;
- Reklam büdcəsinin xərclənməsinə nəzarət;
- Reklam və PR kampaniyalarının effektivliyinin qiymətləndirilməsi (ROI, KPI);
- Onlayn və oflayn tədbirlərin (sərgilər, təqdimatlar, aksiyalar) təşkili;
- Podratçılarla iş: agentliklər, dizaynerlər, bloqerlər;
- Şirkət saytının və sosial şəbəkələrin kontentinin idarə olunması və kurasiyası;
- Marketinq fəaliyyətinin nəticələri üzrə aylıq və rüblük hesabatların hazırlanması;
- Trendlərin izlənilməsi və yeni təşviqat alətlərinin tətbiqi.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznes və ya əlaqəli sahələr üstünlükdür).
- Marketinq sahəsində minimum 1 il iş təcrübəsi.
- Rəqəmsal marketinq alətləri üzrə biliklər.
- Analitik düşüncə və kreativ yanaşma bacarığı.
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
- Karyera inkişafı və peşəkar təlim imkanları.






















