EDS Med Care
Şirkət haqqında:
EDS Med Care beynəlxalq sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən və dünyanın müxtəlif ölkələrindən gələn pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmətlərin təşkilini həyata keçirən şirkətdir. Şirkətimiz Türkiyənin İstanbul, İzmir və Antalya şəhərlərində yerləşən aparıcı klinikalarla əməkdaşlıq edir və hər il minlərlə beynəlxalq pasiyentin müalicə prosesinə dəstək göstərir.
EDS Med Care olaraq pasiyentlərimizə müalicə planlaşdırılması, həkim seçimi, otel rezervasiyası, VIP transfer xidmətləri, tərcüməçi dəstəyi və müalicədən sonrakı müşayiət xidmətləri təqdim edirik. Məqsədimiz hər bir pasiyentə təhlükəsiz, rahat və peşəkar müalicə təcrübəsi yaşatmaqdır.
Əlaqə vasitələri:
Satış məsləhətçisi
Sağlamlıq turizmi sahəsində beynəlxalq karyera qurmaq istəyən, ünsiyyət və satış bacarıqlarına güvənən, sabit əməkhaqqı və yüksək satış bonusları ilə yüksək gəlir əldə etməyi hədəfləyən əməkdaşlar axtarırıq.
Namizədə tələblər:
- Rus dilini ana dili səviyyəsində bilmək
- İngilis, ispan, italyan, ərəb və ya fransız dillərindən ən azı birini bilmək
- Güclü satış, inandırma və ünsiyyət bacarıqlarına sahib olmaq
- Hədəf və nəticəyönümlü işləmək
- Pasiyentlərlə münasibətlərin qurulması və müraciətlərin izlənilməsində uğurlu olmaq
- Çevik iş qrafikinə uyğunlaşmaq
- Enerjili, gülərüz və həll yönümlü olmaq
- Sağlamlıq turizmi sahəsində karyera qurmaq istəmək
Sizi nə gözləyir?
- Sabit əməkhaqqı
- Yüksək satış bonusları və yüksək qazanc imkanı
- AF City-də müasir və peşəkar iş mühiti
- Beynəlxalq pasiyentlərlə işləmək fürsəti
- Satış və sağlamlıq turizmi sahəsində peşəkar inkişaf
- Uğuru qiymətləndirən dinamik komanda
- Uzunmüddətli karyera və yüksəliş imkanı
- Satış bacarıqlarınıza güvənirsinizsə, yüksək nəticələr əldə etmək və uğurlu karyera qurmaq istəyirsinizsə, sizi EDS Med Care ailəsinə qoşulmağa dəvət edirik!
İş yeri: EDS Med Care Bakı Ofisi – AF City






















