Ganjali Plaza Hotel
Şirkət haqqında:
Şirkətin Prezidenti Yusifov Bayram Məmməd oğludur. O şirkəti 1994-cü ildə təsis etmişdir.
1994-cü ildən Gəncəli istehsalat kommersiya şirkətini təsis etmiş və bu günə qədər həmin şirkətə rəhbərlik edir. 2009, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının V, VI və VII-ci qurultaylarında AAŞ-nın sədr müavini seçilmişdir.
2008-ci ildə Gəncəli istehsalat-kommersiya şirkəti Gəncəli Plaza mehmanxanasının tikintisini başa vurub istismara vermişdir.
Şəhərin mərkəzində yerləşən Gəncəli Plaza mehmanxanasında ən yüksək standartlara cavab verən və hər cür şəraiti olan otaqlar qonaqların ixtiyarına verilmişdir. Burada həmçinin konfrans zalı, idman zalı, restoran və bar fəaliyyət göstərir. İKŞ Gəncəli Gəncəli Plaza mehmanxanasının 6-cı mərtəbəsində yerləşir.
Bizim şirkətin strategiyası mövcud tərəfdaşlarla daimi və qarşılıqlı faydalı kommersiya əlaqələrinin qorunması, eləcə də, gələcək inkişaf üçün yeni perspektivli əlaqələrin axtarışıdır.
Əlaqə vasitələri:
Texnik
Namizədə tələblər:
- 35–50 yaş arası
- Müvafiq sahədə iş təcrübəsi
- Çiller sistemləri üzrə bilik və təcrübə
- Elektrik və santexnika sahəsində biliklər
- Oteldə iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Şəxsi avtomobilinin olması
- Yaşayış yerinin otelə yaxın olması arzuolunandır
İş şəraiti
- İş qrafiki: saat 08:00–18:00
- Həftədə 1 gün istirahət
- Əməkhaqqı: 1000–1200 AZN
Əlaqə: +994 50 101 44 45























