AGRO - WEST DC LLC
Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
Help Desk mütəxəssisi
Ünvan: Bakıxanov qəs., B. Bünyadov küç.
Vəzifə öhdəlikləri:
- Sistem və avadanlıqlarda yaranan nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırılmasını təmin etmək
- Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqlarının quraşdırılması və texniki dəstəyi
- Yeni kompüterlərin hazırlanması və korporativ domenə qoşulması
- Əsas və filial ofislərinə yerində və uzaqdan İT dəstəyin göstərilməsi
- Şəbəkə infrastrukturu və internet çıxışının fasiləsiz işləməsinə nəzarət
- LAN/WAN şəbəkələrinin qurulması və sazlanması
- Proqram təminatlarının yenilənməsi və optimizasiyası
- İT avadanlıqlarda yaranan fiziki nasazlıqların aradan qaldırılması
- Printer, skaner, faks və digər ofis texnikalarının quraşdırılması və dəstəyi
- Şirkət əməkdaşlarına İT dəstək və təlimlərin təşkili
- Yeni açılan obyektlər üçün İT infrastrukturunun qurulması (mağaza, anbar və s.)
- NVR/DVR sistemləri və müşahidə kameraları üzrə problemlərin həlli
Namizədə tələblər:
- Ali təhsil
- İT sahəsində minimum 3 il iş təcrübəsi
- Windows əməliyyat sistemləri üzrə yaxşı biliklər
- Kompüter şəbəkələri (IP, LAN/WAN) və server sistemləri üzrə baza bilikləri
- Şəbəkə və kompüter avadanlıqlarının işləmə prinsiplərini bilməli
- Backup, arxivləşdirmə və klonlama prosesləri üzrə anlayış
- Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
- CCNA və Microsoft sertifikatları arzuolunandır
- Rus dili yaxşı səviyyədə, ingilis dili arzuolunandır
- Avtomobilin olması vacibdir
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 700 – 900 AZN
- Nahar və yanacaq şirkət tərəfindən təmin edilir























