You Will Speak
Şirkət haqqında:
You Will Speak ingilis dili mərkəzi Bakıda və Azərbaycanın digər regionlarında Əyani və Online şəkildə fəaliyyət göstərən tədris mərkəzidir. Özünəməxsus olan proqram əsasında və sizə ən uyğun metodlarla xidmətinizdəyik.
Hədəfiniz istiqamətində sizə bir neçə İngilis dili kursu proqramları təklif edirik. Mərkəzlərimizdə aşağıda qeyd olunmuş istiqamətlər üzrə məhsullarımız fəaliyyət göstərir:
- Ümumi İngilis dili
- Ümumi İngilis dili uşaqlar üçün
- Ümumi İngilis dili tələbələr üçün
- Biznes İngilis dili
- Pre-IELTS/ IELTS
- Dualingo
- Marafonlar
- Training
- Doktorantura
- Telegram Videos
- Conversation clubs
- Regionlar layihəsi
You Will Speak olaraq missiyamız tələbələrimizə İngilis dilini mümkün olan ən sürətli, ən innovativ və ən təsirli metodlarla öyrənməyə kömək etməkdir. Biz tələbələrimizin səviyyəsinə uyğun olan materialları diqqətlə elə seçirik ki, öyrənmə prosesi əyləncəli, asan və dərhal istifadəyə yararlı ola bilsin!
Əlaqə vasitələri:
Ofis Meneceri
İş şəraiti
- İş yeri: Bakı şəhəri, İstiqlaliyyət küç. 31
- İş qrafiki: Tam iş günü (Bazar ertəsi–Cümə, 10:00–19:00)
Vəzifə öhdəlikləri
- Ofisin gündəlik inzibati fəaliyyətinin təşkili;
- Tələbə, valideyn və qonaqların qarşılanması və məlumatlandırılması;
- Dərs cədvəllərinin və otaqların koordinasiyasına dəstək;
- Sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
- Gündəlik olaraq tələbələrə ödəniş xatırlatmalarının mesaj vasitəsilə göndərilməsi;
- Ofis, mətbəx və digər gündəlik ehtiyaclar üçün ləvazimat və məhsulların sifarişinin təşkili və uçotunun aparılması;
- Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Müəllimlər və digər şöbələrlə koordinasiyalı əməkdaşlıq.
Namizədə tələblər
- Ali təhsil
- 1 ilə qədər ofis, inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, punktual, operativ və yüksək ünsiyyət bacarığı.























