Mobil Group

Şirkət haqqında:

Mobil Group 2017-ci ildən etibarən fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlər qrupundan biridir.  Mobil Group-un törəmə şirkətlərindən biri olan "Mobil Broker" MMC gömrük orqanları ilə sahibkarlar arasında etibarlı vasitəçidir. "Mobil Broker" MMC yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir.

Tam gömrük təmsilçiliyi xidmətimizə istənilən gömrük proseduru ilə bağlı limitsiz konsultasiya, mallar və ya nəqliyyat vasitələri üçün müvafiq dövlət orqanlarından icazə və sertifikatların alınması, bütün növ gömrük bəyannamələrinin hazırlanması və gömrük rəsmiləşdirilməsinə dair digər əməliyyatları sifarişçinin əvəzindən icra edilməsi daxildir. Mobil Group idxal, ixrac, təkrar ixrac, müvəqqəti ixrac proseduru zamanı sizi gömrük orqanlarında uğurla təmsil edir, mal və ya nəqliyyat vasitələrinizi sizin adınızdan rəsmiləşdirib, ən qısa zamanda təhvil verir.

Mobil Group-un digər törəmə şirkəti olan “Mobil Logistics” MMC quru, su, hava və dəmiryolu vasitəsilə yüklərin sürətli beynəlxalq daşımalarını həyata keçirən etibarlı logistika şirkətidir.  Sürətli və  təhlükəsiz daşımanı özündə əsas prinsipə çevirən şirkət 150 yə yaxın ölkəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirir. “Mobil Logistics” MMC  dünyanın aparıcı hava yolları daşıyıcıları ilə sıx əməkdaşlıq içindədir.

Əlaqə vasitələri:

Bəyannaməçi (Deklarant)

İş şəraiti

  • Ünvan: Bakı, Əhməd Rəcəbli 27B 
  • İş qrafiki: 6 günlük iş qrafiki ( Bazar ertəsi-Cümə günləri saat 09:00-18:00 ; Şənbə günü 10:00-15:00)
  •  Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun)

İş barədə məlumat:

  • Gömrük bəyannamələrinin və nəqliyyat sənədlərinin düzgün və operativ tərtibi;
  • Gömrük bəyannamələrinin elektron qaydada doldurulması və e-imza ilə təsdiqlənməsi;
  • Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin rəsmiləşdirilməsi;
  • XIFMN üzrə gömrük kodlarının müəyyən edilməsi;
  • Gömrük rüsum və ödənişlərinin əvvəlcədən dəqiq hesablanması.

Tələblər:

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Gömrük qanunvericiliyi və prosedurları üzrə biliklər (namizədin müvafiq qanunvericilik üzrə bilikləri müsahibə zamanı yoxlanılacaq)
  • Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı;
  • Komandada işləmək və ünsiyyət qurmaq qabiliyyəti;
  • Üstünlükdür: Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının olması.

Təkliflərimiz:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə;
  • Korporativ nömrə təminatı;
  • Peşəkar komandada inkişaf imkanı.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap