Capital Construction
Şirkət haqqında:
“Capital Construction” 2018-ci ildən etibarən müxtəlif kompleks və çeşidli tikinti layihələrini, ən son sənaye standartlarına uyğun olaraq uğurla icra etmiş və ölkənin qabaqcıl tikinti şirkətlərindən biri kimi formalaşmışdır.
Capital Construction ixtisaslaşmış mütəxəssislər komandası ilə tikinti, təmir, memarlıq, dizayn və layihələndirmə sahəsində geniş xidmətlər təklif edir. Şirkət tərəfindən inzibati, ictimai, sənaye və ticarət binaları, istirahət kompleksləri, biznes mərkəzləri, ofislər və s. kimi müxtəlif layihələr yüksək keyfiyyətlə icra olunur. Şirkətin başlıca məqsədi istənilən tikinti növündə keyfiyyət və etibarlılığa əsaslanaraq həm milli, həm də beynəlxalq cəhətdən əsas seçim hədəfi olmaqdır.
Əlaqə vasitələri:
SƏTƏM üzrə mühəndis
Vəzifə öhdəlikləri:
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
- Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək;
- İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq;
- Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək;
- Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək;
- Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək.
Namizədə tələblər:
- Şəxsi nəqliyyat vasitəsinin olması;
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil üstünlükdür;
- Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi;
- Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
- Müvafiq sertifikatların olması üstünlükdür;
- Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı, Xəzər r., Qala qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1300 -1500 AZN





















