Emsan
Şirkət haqqında:
EMSAN 1971-ci ildə Türkiyədə qurulub. 40 ildən çoxdur istifadəçilərinə mətbəx eşqi aşılayan EMSAN 3 ildən çoxdur Azərbaycanda gənc ailələrin və mətbəxdə vaxt keçirməyi sevən bütün qadınların vazkeçilməz seçimləri sırasındadır. 7 il kimi qısa bir müddətdə on minlərlə Müştəri EMSAN AİLƏMİZƏ qoşulmuşdur. Mətbəxini əlinin dəydiyi ləzzətlərlə zənginləşdirmək istəyən qadınlar üçün həmişə daha keyfiyyətli, daha zərif və yeniliklərlə həmişə daha təzə qalmağa davam edəcəyik.
Dəyərlərimiz – Bizimlə birlikdə karyeralarında zirvəyə addımlayan əməkdaşlarımız və çalışanlarımızı ailəsi kimi sevən siz müştərilərimizdir.
Missiyamız – Keyfiyyətli xidmət göstərib, büdcənizə uyğun məhsullar təklif etməkdir.
Vizyonumuz – Azərbaycanda bütün evlərə EMSAN məhsulları ilə xoşbəxtlik gətirməkdir.
Əlaqə vasitələri:
Marketinq Mütəxəssisi
Əsas vəzifələr:
-
Şirkətin və brendlərin marketinq strategiyası, illik və aylıq planlarının hazırlanması və kampaniyaların icrasında iştirak etmək;
-
Reklam, promo, mövsümi və satış stimullaşdırıcı kampaniyaları planlaşdırmaq, koordinasiya etmək və icrasına nəzarət etmək;
-
Kampaniyaların effektivliyini KPI-lar, satış nəticələri və digər biznes göstəriciləri əsasında təhlil etmək;
-
Bazar, istehlakçı davranışları və rəqib fəaliyyətlərini araşdırmaq, inkişaf yönümlü təkliflər hazırlamaq;
-
Brendin kommunikasiya strategiyasının həyata keçirilməsinə dəstək olmaq, reklam agentlikləri, media və digər tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək;
-
Rəqəmsal Marketinq, SMM, Dizayn, E-commerce və Satış komandaları ilə koordinasiyalı işləmək;
-
Marketinq büdcəsinin idarə olunmasına, hesabatların hazırlanmasına, yeni mağaza açılışları, məhsul təqdimatları və digər marketinq layihələrinin təşkilinə dəstək vermək;
-
Marketinq trendlərini izləmək, innovativ həllər təklif etmək və mağazalarda həyata keçirilən marketinq fəaliyyətlərinə nəzarət etmək.
İş şəraiti:
-
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
-
İş yeri: Baş ofis, 25 plaza
-
İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə, 09:00–18:00);
-
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Namizədə tələblər:
-
Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
-
Mövcud sahə üzrə 2 il iş təcrübəsi (Marketinq, brend marketinqi, retail marketinq)
-
Marketinq kampaniyalarının planlaşdırılması və icrası üzrə praktiki təcrübə;
-
Bazar araşdırması, rəqib analizi və brend idarəçiliyi üzrə biliklər;
-
MS Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı;
-
Hesabatların hazırlanması, büdcənin idarə olunması və layihələrin koordinasiyası bacarığı;
-
Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
-
Analitik düşüncə, yaradıcılıq, güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
-
Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv işləmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində "Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.



















