Növbə Meneceri
İş şəraiti:
-
İş qrafiki: Növbəli, 6 günlük iş həftəsi
-
İş yeri: Bakı şəhəri
-
Əmək müqaviləsi: Rəsmi
-
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
Əsas vəzifə öhdəlikləri:
-
Filialı qrafikə uyğun açmaq, zal/bar işə hazırlığını təşkil və yoxlamaq
-
Komandanı toplamaq, qısa brifinq keçirmək: tapşırıqların bölüşdürülməsi, günün planı, risklərin qiymətləndirilməsi
-
Davamiyyətə nəzarət: gecikmə və ya işçi çatışmazlığı olduqda operativ əvəzləmə təşkil etmək
-
Ofisiant/kassir/barista/qənnadçıların işinə operativ nəzarət, xidmət sürəti və keyfiyyətinin standartlara uyğunluğunu təmin etmək
-
Müştəri məmnuniyyətini prioritet tutmaq, şikayət və münaqişəli halları operativ və mədəni şəkildə həll etmək
-
Kassa: hesabların düzgün çıxarılması, ödənişlərin qəbulu (nağd/kart), gün ərzində nəzarət və yoxlamalar
-
Məhsul və inventar itkilərinin qarşısını almaq: qalıqların izlənməsi, zay/itki risklərinin idarə edilməsi
-
Sanitar-gigiyena, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına nəzarət
-
İşçilərin geyim standartlarına, etik davranışına və subordinasiyaya riayət olunmasını təmin etmək
-
Zəruri hallarda yeni əməkdaşlara yerində qısa təlim və adaptasiya dəstəyi vermək
-
Mal qəbulu zamanı dəqiq olmaq sistem üzərində məlumatların daxil eidlməsini yerdəyişməsini dəqiq aparmaq.
-
Filialın bağlanmaya hazırlanması: yekun təmizlik, avadanlıqların söndürülməsi, daxili otaqların bağlanması
-
Növbə üzrə hadisələr/pozuntular/tədbirlər barədə rəhbərliyə qısa hesabat vermək
-
Növbəti növbəyə təhvil-təslim: obyektin vəziyyəti, qalıqlar, risklər, sabahın planı
Tələblər:
-
Coffee shop / desert shop / şirniyyat-kafe formatında (kofe və vitrin şirniyyat satışı) menecer və ya növbə meneceri təcrübəsi olan namizədlər.(üstünlük veriləcək)
-
Operativ idarəetmə, komanda yönləndirmə və intizam yaratmaq bacarığı
-
Kassa prosedurları və gündəlik hesabatlılıq üzrə səriştə
-
Güclü ünsiyyət, konfliktlərin idarə edilməsi və müştəriyönümlülük
-
Dəqiqlik, məsuliyyət, detallara diqqət
-
Növbəli iş rejiminə uyğunluq
-
Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür)
Zəhmət olmasa CV-nizi mövzu yerində “Növbə meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərin.



















