Prior Leasing

Şirkət haqqında:
Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Əlaqə vasitələri:
Qrafik Dizayner
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Qrafik dizayner kimi ən azı 2 illik iş təcrübəsinə malik olmalı;
- Adobe Photoshop, Adobe İllustrator, CupCut proqramlarını bilməli;
- Adobe After Effects və Adobe Premier Pro proqramlarını bilməsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Sosial media platforması üçün qrafik və motion dizaynları hazırlamaq;
- Şirkətin vizual kimliyinə uyğun dizayn elementlərindən istifadə etmək və lazım olduqda yeni qaydalar və komponentlər yaratmaq;
- Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərini görmək;
- Korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynını hazırlamaq;
- Şirkətin veb saytı üçün vizualları dizayn etmək;
- Outdoor reklamlar üçün vizualları hazırlamaq;
- Məhsul çərçivəsində araşdırma aparmaq və müvafiq dizayn həllərini inkişaf etdirmək;
- Yeni ideyaları analiz etmək və ən yaxşılarını komanda üzvlərinə ötürmək;
- Layihələrin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini və portfolio-larını mövzu hissəsinə “Qrafik Dizayner” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.